Hafiz Həsənov ev dustağı oldu
İsmayıllıda intihar hadisəsi baş verib
Əbülfəz Səricanov DTX tərəfindən saxlanıldı
Yol polisi radara düşdü, cərimə vətəndaşa gəldi
Mövqelərimiz atıcı silahlardan atəşə tutuldu
Mövqelərimiz Keşişkənd istiqamətindən atəşə tutuldu
Seyran Səxavət Məleykə Abbaszadəyə şərt qoydu
İmamoğlu kimi itin-qurdun yanında olan... - Deputat
“Ortada hüquqi dövlət yoxdur“ - İncə
Türkiyədə tələbələr ayağa qalxdı - Video


14.08.2023  09:28 

Sabir Rüstəmxanlı Alim Qasımovu belə təbrik etdi





A+  A-

Avqustun 14-ü böyük sənətkarımız, bənzərsiz muğam ustası Alim Qasımovun doğum günüdür. Xalq şairi, millət vəkili Sabir Rüstəmxanlı Alim Qasımovu bir neçə il öncə yazdığı şeirlə təbrik edib.

XəzərNews.az həmin şeiri təqdim edir:

ALİM QASIMOV VƏ FƏRQANƏ ÜÇÜN

Alim:

Ruhumun dilidir bu bülbül nəfəs
Sən könül bağçamda çiçəksən, qızım!
Dünyanın dərdinə bir ürək yetməz,
Sinəmdə ikinci ürəksən, qızım!

Fərqanə:

Bir səsdə əritdin neçə min səsi,
Köksündə çağlayır aləmin səsi.
İlahi bir sirdir AlİMİN səsi,
Sən mənim başımın tacısan, ata!

Alim:

Sən bacı əvəzi, ana əvəzi,
Yolun yollarıma qoşulub gəzir.
Səsimə güc verir bu büllur səsin
Atanı qoruyan mələksən, qızım!

Fərqanə:

Üzünə baxıram mən nitqi bağlı,
Sən haqqın sədası, min sirrə çağrı,
Muğam dünyasının ərköyün oğlu,
Özün də səsintək ucasan, ata!

Alim:

Bəmini bəm elə ürək dağlasın,
Vətən ağlamasın, Muğam ağlasın,
Bütün övladları Allah saxlasın,
Nəğmənlə ellərə gərəksən, qızım!

Fərqanə:

Uc-uca calansa zəngulələrin,
Körpüsü olardı Ay ilə Yerin,
Mahnı qanadında aşıb illəri
Cənnət qapısını açarsan, ata!

Xəbər 891 dəfə oxunub.




21.03.2025  11:59 

Hafiz Həsənov ev dustağı oldu


BÜTÜN XƏBƏRLƏR +