Yol polisi radara düşdü, cərimə vətəndaşa gəldi
Mövqelərimiz atıcı silahlardan atəşə tutuldu
Mövqelərimiz Keşişkənd istiqamətindən atəşə tutuldu
Seyran Səxavət Məleykə Abbaszadəyə şərt qoydu
İmamoğlu kimi itin-qurdun yanında olan... - Deputat
“Ortada hüquqi dövlət yoxdur“ - İncə
Türkiyədə tələbələr ayağa qalxdı - Video
Kəmaləddin Heydərov idarə rəisini vəzifəsindən azad etdi
Polis Əkrəm İmamoğlunu neçə gün saxlayacaq?
Tramp ABŞ-nin NATO-dakı bu ştatını ləğv edir


07.03.2023  15:17 

83 kq narkotik keçirməyə çalışan dəstə saxlanılıb





A+  A-

İrandan Azərbaycana 83 kq narkotik keçirməyə çalışan dəstə üzvləri saxlanılıb.

XəzərNews.az Daxili İşlər Nazirliyinə istinadən xəbər verir ki, Dövlət Sərhəd Xidmətinin əməkdaşları ilə birgə keçirdikləri xüsusi əməliyyat nəticəsində qaçaqmalçılıq yolu ilə ölkə ərazisinə külli miqdarda narkotik maddələr keçirməyə cəhd edən daha bir dəstənin üzvləri saxlanılıb.

Tədbir zamanı Şəki şəhər sakini əvvəllər məhkum olunmuş Famil Əliyev və həmyerlisi Elçin Məmmədov tutulublar. Onların əllərində olan bağlamaya baxış zamanı ümumilikdə 83 kiloqram, o cümlədən 69 kiloqram marixuana, 14 kiloqam tiryək və metamfetamin aşkar olunub.

Famil Əliyev narkotik maddələri satış məqsədi ilə “Yaşar” adlı İran vətəndaşı vasitəsi ilə Füzuli rayonu ərazisində əvvəlcədən gizlədilən yerdən götürdüklərini bildirib. Bununla da İrandan Azərbaycana qaçaqmalçılıq yolu ilə narkotik vasitələr göndərən kanallardan daha birinə güclü zərbə endirilib.

Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb, hər 2 şəxs barəsində həbs qətimkan tədbiri seçilib, əməliyyat tədbirləri davam etdirilir.

Xəbər 998 dəfə oxunub.




18.03.2025  16:08 

Ərzaq bazarında bahalaşma var


BÜTÜN XƏBƏRLƏR +