İmamoğlu və 90 şübhəlinin dindirilməsi başladı
Əli Kərimlinin mühafizəçisi niyə saxlanılıb? - Foto
Paşinyan referendumun vaxtını açıqladı
“Uşaq da, ana da sağlamdır“ dedilər, amma...
Bakıda gələn aydan böyük söküntü başlayır
Allah var, bilirəm...
Dərvişoğlu Baxçalıya: “Allah islah eləsin”
Ukrayna NATO-ya üzv ola bilməyəcək - Stiv Vitkoff
Əkrəm İmamoğlu bu gün ifadə verir
Ruslar Zaporojyeni atəşə tutub


19.05.2017  16:19 

Rəsul Çunayev: “Öz səhvim üzündən uduzdum”





A+  A-

Hər yarışda qızıl medal qazanmağı adət etmiş güləşçimiz bu dəfə hədəfdən yayınıb.
Belə ki, Dünya və Avropa çempionu, Avropa oyunlarının qalibi Rəsul Çunayev IV İslam Həmrəyliyi Oyunlarında bürünc medalla kifayətlənməli olub.

Bəs bu məğlubiyyətin səbəbi nələrdir?

Rəsul Çunayev bu barədə açıqlama verib.
İslam Oyunlarında qızıl medal qazanmaq istədiyini ifadə edən yunan-Roma üzrə güləşçimiz, təəssüf hissi keçirdiyini bildirib:

“Hesabda öndə idim, lakin daha sonra çox böyük səhvə yol verdim və uduzdum. Bu elə bir məqamdır ki, bir anlıq baş verir. İdmanda belə anlar olur. Təəssüf ki, məndə də oldu”.
Şöhrət ordenli idmançımız oyunlara yaxşı hazırlaşdığını deyib:

“Bu yarış forma baxımından, məndə hər şey qaydasında idi. Sadəcə bir anlıq səhv ucbatından məğlub oldum. Düşünürəm ki, bu yarışda qızıl medal qazanmaq, mənə qismət deyilmiş”.
R. Çunayev sonda bildirib ki, iranlı güləşçi ilə birinci dəfə qarşı -qarşıya gəlib.

Xatırladaq ki, Azərbaycanın yunan-Roma güləşçisi Rəsul Çunayev İslam Həmrəyliyi Oyunlarının yarımfinal görüşündə iranlı Gerayi Məhəmmədəli ilə qarşılaşmada 5:0 hesabı ilə öndə olsa da, rəqib 6 xal qazanaraq qarşılaşmanı üstün başa vurub - 5:6.

(modern.az)

Xəbər 1448 dəfə oxunub.



22.03.2025  17:47 

Ərdoğan niyə bu addımı atdı?

22.03.2025  11:43 

Allah var, bilirəm...

22.03.2025  10:00 

Ruslar Zaporojyeni atəşə tutub

21.03.2025  11:59 

Hafiz Həsənov ev dustağı oldu


BÜTÜN XƏBƏRLƏR +