“Azərsu” yerini tapmadığı mənzilə 955 manat borc yazıb
Azərbaycanlı mer namizədi oldu
Makron da Vaşinqton Sazişini alqışlayır
Paşinyan Sazişdən yazdı
Röyanın atası vəfat edib
FHN 2 otaqlı evi 63 min manata tikdirir
Vilayət Eyvazov Xaçmazda qəbul keçirəcək
Azərbaycanlı sahibkarları “çimdikləyə“ bilərik - Deputat
Paşinyan Putinlə danışdı
“Azercell” oğurluğa davam edir - Elmi işçi


04.12.2022  19:33 

Gözlənilən bir faciənin tarixçəsi





A+  A-

Mixail Saakaşvili həbsdə həyatını itirərsə, bu faciənin baiskarı yalnız onu həbsə atan Bidzina İvanişvili və ya bu həbsin sifarişçisi Vladimir Putin olmayacaq, bu günahdan Gürcüstanın 3-cü prezidentinin həbsxanadakı zillətinə seyrçi qalan gürcü cəmiyyətinə və Gürcüstan hökumətinə yetərli təzyiqlər göstərməyən Qərb ölkələrinə də pay düşəcək.

Heç kim qanundan üstün olmamalıdır, eks-prezident hakimiyyəti dönəmində qanunsuzluq edibsə, mühakimə olunmalıdır. Amma söhbət Saakaşvilinin günahkar olub-olmamasından, ona simpatiyadan və ya nifrətdən getmir. Adamın səhhəti pis gündədir. Ola bilsin ki, vəkilləri və həkimləri şişirdirlər və ya gerçəkdən də situsiya faciəvidir. Məsələ yalnız bunda da deyil. Hər bir adam günahından asılı olmayaraq ədalət, həmçinin humanizm kriteriyaları ilə mühakimə olunmalıdır.

Saakaşvili sıravi bir kəs deyil, Gürcüstanda normal sivil cəmiyyət və hakimiyyətin qurucusu, prezidentliyi dönəmində buraxdığı səhvlərdən və islahatlarının yetərli olub-olmamasından asılı olmayaraq müasir gürcü demokratiyasının simvoludur. Bu insan Gürcüstan üçün çox iş görüb, bu ölkəyə faktiki olaraq tarixi bir dönəm yaşadıb və onun xidmətlərini siyasi rəqibləri də etiraf edirlər. Amma postsaakaşvili dönəmində Gürcüstan hakimiyyəti və hüquq-məhkəmə sistemi nə günə düşüb ki, eks-prezidenti nə sivil mühakimə edir, nə adam kimi həbsdə saxlayır, nə də insafa gəlib normal müalicəsini təşkil edirlər. Prezident Salome Zurabişvili isə tutuquşu kimi təkrarlayır ki, Saakaşvilini heç vaxt əfv etməyəcək.

Gürcüstanda prezident postu arabanın beşinci təkəri kimidir, xanım Zurabişvilini oturdublar ofisində, səsini-fikrini eşidən yoxdur. Gürcüstanda bir kəsin hökmü keçir, icraedici, qanunverici və məhkəmə hakimiyyətlərində bir nəfərin zurnası ötür – bu, ümumgürcüstan “ağsaqqalı”, Saakaşvilinin arzularını basdıran “Gürcü arzusu”nun lideri batono Bidzinadır.

İvanişviliyə Saakaşvilinin ölümü bəlkə də sərfəli deyil, ən azı anlamamış deyil ki, bu işdə xoşagəlməz sürprizlər riski var. Amma İvanişvili Putindən gör nə qədər qorxur ki, üzləşəcəyi diskomfortları belə gözardı edərək RF prezidentinin “əsas şəxsi düşməni”ni həbsdə çürüdür.

Qərbdə Gürcüstana müttəfiq kimi baxmaqda davam edirlər, baxmayaraq ki, son dönəmlərdə müttəfiq sıralamasında qonşumuz Ukrayna və Moldovanın gerisinə düşüb. Rəsmi Tiflis Ukrayna ilə bağlı beynəlxalq qurumlardakı səsvermələrdə Rusiyanın əleyhinə səs verir. Bununla yanaşı, diplomatik münasibətləri olmayan Rusiya ilə Gürcüstan arasında son vaxtlar yaxınlaşma aşkar sezilir. Sivil dünyanın Rusiyaya sanksiyalar tətbiq etdiyi bir dönəmdə iki ölkə arasında ticari-iqtisadi əlaqələr sıçrayışla artır.

Gürcüstanda əmindirlər ki, İvanişvili ölkəni Qərb vektorundan sapdıra bilməz. Amma azadlığı əldə etmək çox çətin, əldən vermək isə olduqca asandır. Bu gedişlə, İvanişvili hakimiyyəti cəmiyyəti infantilləşdirdikcə, bir gün gürcülər oyanıb görə bilərlər ki, lələ köçüb, yurdu qalıb. Çünki mühakimə olunan sadəcə Gürcüstan demokratiyasının simvolu deyil, demokratiyanın ta özüdür və gürcü cəmiyyəti, eləcə Saakaşvilinin öz partiyası da bu dramın, bəlkə də faciənin tamaşaçısıdır.

Əgər həbsdəki eks-prezidentin həyatı faciəvi bitərsə, Putin sevinəcək, İvanişvilinin vecinə olmayacaq, amma bu kədərli son ona seyrçi qalan gürcü xalqının tarixində ləkə kimi qalacaq…

Qəzənfər Həmidoğlu

Xəbər 2695 dəfə oxunub.




11.08.2025  18:14 

Azərbaycanlı mer namizədi oldu

11.08.2025  18:02 

Paşinyan Sazişdən yazdı

11.08.2025  17:09 

Röyanın atası vəfat edib

11.08.2025  15:10 

Paşinyan Putinlə danışdı

11.08.2025  14:23 

Vahan Kostanyan Tehrana gedir

11.08.2025  14:22 

Qusarda iki nəfər baltalandı

11.08.2025  12:31 

Məktəbli formaları UCUZLAŞDI


BÜTÜN XƏBƏRLƏR +