Bazar ertəsi yaxşı xəbər olacaq - Tramp
Bəşir Süleymanlı həbs edilib
Onlar Baş Prokurorluğa çağırılıb?
Saxta dollar satan dəstə üzvləri saxlanıldı
ABŞ də sənədi tezliklə imzalamağa çağırdı
“Estoniya tarixi razılaşmanı alqışlayır” - Tsahkna
Rusiya ilə Belarus vahid parlamentə keçə bilər
Paşinyan sülhlə bağlı Putini məlumatlandırdı
Endokrinoloji Mərkəzdə yoxlamalar başladı
Novruzda əfv olacaqmı?


28.02.2023  14:44 

Sabir Rüstəmxanlı tənqid etdi, nazir əvəzi cavab verdi





A+  A-

“Keçmiş mədəniyyət naziri ilə görüşdə olanda dedi ki, sabah sənə bir şad xəbər verəcəyəm. Sonra məlum oldu ki, ölkədəki kitabxana və mədəniyyət müəssisələrinin yarısı ixtisar olunur. Bu gün ölkənin bir çox kəndlərində mədəniyyət evləri və klublar yoxdur, hamısı ləğv olunub. Qalan mədəniyyət evləri də boşdur”.

XəzərNews.az xəbər verir ki, bunu Milli Məclisin Mədəniyyət komitəsinin bu gün keçirilən iclasında “Qeyri-maddi mədəni irs haqqında” qanun layihəsinin müzakirəsi zamanı deputat Sabir Rüstəmxanlı deyib.

“Azərbaycanı sanki mədəniyyətsiz ölkəyə çevirmək siyasəti gedir. Bu nə deməkdir?! Dağ kəndlərində məktəb, xəstəxana, mədəniyyət evləri var, amma onların əlindən bunu da alırlar. Belə islahatlar nəyə xidmət edir?! Bunu bizə izah edən yoxdur”, - deyə S.Rüstəmxanlı qeyd edib.

Onun sözlərinə görə, ən çox uduzan Azərbaycan mədəniyyətidir: “Sovet illərində ən xırda kənddə mədəniyyət müəssisələri qorunurdu, kitabxanalara kitab göndərilirdi. Amma indi heç rayon mərkəzinə belə kitab göndərilmir. Çünki əvvəl ölkədə kitab alıb rayonlara göndərməklə məşğul olan şəxslərə dövlət pul ayırırdı. İndi həmin şəxslər rayonlarda yoxdur, ləğv olunub”.

***

Məsələyə mədəniyyət nazirinin birinci müavini, nazir vəzifəsini icra edən Adil Kərimli reaksiya bildirib. O, deputatın kitablarla bağlı iradına belə cavab verib: “Ucqar kəndlərdə 20 kvadratmetr ərazidə 10 min kitab fondunun olduğunu deyirlər. Gedib yoxlayırsan ki, heç 2 min kitab yoxdur. Baxmaq lazımdır ki, bu kitablar o insanlara lazımdırmı? Bəlkə orada geyim mədəniyyəti, danışıq mədəniyyəti, cəmiyyət mədəniyyəti formalaşdıraq? Bəlkə də elə Sovetin gizli niyyətinin altında sadəcə klublara kitab yığmaq olub?”

Nazir müavini əlavə edib ki, milli rəqslərimiz, musiqilərimiz, geyimlərimiz kodlaşdırılmayıb, yazılı standartlarımız yoxdur: “Hazırda bu sahələrə sezilməyən, gizli müdaxilələr var. Bu sahədə fəaliyyətlərimizin prioritetlərindən biri də milli standartlardır. Bizim gözəl rəqslərimiz var ki, millətin xarakterini ifadə edir. Bu məsələlərə etinasız yanaşa bilmərik, bunlar hətta milli təhlükəsizliyə belə təhdid yarada bilər”./Qafqazinfo

Xəbər 933 dəfə oxunub.




14.03.2025  22:13 

Bəşir Süleymanlı həbs edilib

14.03.2025  16:11 

Novruzda əfv olacaqmı?

14.03.2025  15:37 

“Rusiya İranı məhvə aparır”

14.03.2025  12:22 

Xanım məmur həbs olundu

13.03.2025  15:55 

Yevlaxda intihar hadisəsi olub


BÜTÜN XƏBƏRLƏR +