Zelenskinin ilə bağlı müxtəlif ssenarilər var - Narışkin
Bir milyondan çox vergi borcu olan xanım sahibkar kimdir?
Dolu düşəcək, sulu qar yağacaq - Hava proqnozu
Tarif Şurası rəsmisi sərxoş halda qaziyə hücum çəkib
Biz hamımız bu adamıq - Zelenskaya
Üçüncü Dünya müharibəsi başlaya bilər - Şoyqu
Məhkəmə Əvəz Zeynallı ilə bağlı qərar verdi
Ölülərin qızıl dişlərini çıxaran şəxs saxlanılıb
Meydan Babayev vəzifəsindən uzaqlaşdırıldı
Sabiq prezidenin qızının milyonları geri qaytarılır


21.04.2025  18:31 

Eldar Əzizovu söysək də, onun səlahiyyəti yoxdur - Hafiz Hacıyev





A+  A-

"Tunelləri bağalamaq çarə deyil. Bunu kim deyirsə, düz demir. Yağış həmişə yağır. Allahın işidir. Mən mütəxəssis deyiləm, amma yağışın tunelə dolmaması üçün borularla sular başqa yolla birləşdirilib axıdıla bilər. Elə bir problemli iş deyil. Şəxsən mənim ixtiyarıma verilsə, bu məsələlərin hamısını bir günə həll edərəm".

XəzərNews.az pravda.az-a istinadla xəbər verir ki, bunu Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev deyib.

O bildirib: "Eldar Əzizov Hacıbala Abutalıbovdan fərqli olaraq xeyli işlər görüb. Tunellərlə bağlı olan problemlər Eldar Əzizovdan əvvəl olan məsələlərdir. Cənab Prezidentin altı-yeddi il əvvəl kanalizasiya xətlərinin çəkilməsi barədə fərmanı oldu. Həmin fərmanın icrası Ramiz Mehdiyevə tapşırılmışdı. Neçə milyardlarla pul ayrılmışdı. Mehdiyev bu pulları yedi. İndi də Eldar Əzizov pis vəziyyətdə qalıb, səlahiyyətlər də fərqlidir.

İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti var. Hərə bir idarə yaradıb. Buna görə də anarxiya yaranıb. Heç kim heç kimin kitabını oxumur. Eldar Əzizovu söysək də, təhqir etsək də, onun səlahiyyəti yoxdur. Düzgün etmirlər. Gərək, bu işləri görməsi üçün əlində səlahiyyət olsun. O həm də dedi ki, iki il ərzində yağış sularının axıdılması sistemi yaradılacaq.

Eldar Əzizovun kanalizasiya çəkmək, su idarəsinin rəisinə göstəriş vermək ixtiyarı yoxdur. Düşünürəm, Bakı şəhər bələdiyyəsi yaradılmalıdır, bütün kommunal, təsərrüfat işləri bələdiyyəyə tapşırılmalıdır. Yoxsa hər kəs bir-birinin üstünə atır. Hamı məsluliyyətdən yayınır, vəziyyət də bu həddə çatıb. Gözləyək görək, bu anarxiyaya nə vaxt yekun vurulacaq ki, yağış yağanda da camaat rahat olsun".

Xəbər 1491 dəfə oxunub.




24.04.2025  10:39 

Flora Kərimovanın səsi batdı


BÜTÜN XƏBƏRLƏR +