Hər iki ölkə əlaqələrin inkişafı üçün səy göstərməlidir - Əliyev
Qarabağ Azərbaycanın ayrılmaz hissəsidir - Pezeşkian
Pezeşkianın səfəri radikal şovinistlərin at oynatdığı dövrdə baş verir – Şərh
DSX kiçik giziri intihar edib
ANAMA-nın əməkdaşı minaya düşdü
Prezidentlərin geniş tərkibdə görüşü başlayıb
Uşaqların I sinfə qəbulu prosesi başlayır
Sabah leysan yağacaq, şimşək çaxacaq
İlham Əliyevin Pezeşkian ilə görüşü başlayıb
Pezeşkian Bakıda: Rəsmi qarşılanma mərasimi olub


13.05.2022  16:46 

İrəvanda aksiya: polis fəallara güc tətbiq edir - VİDEO





A+  A-

Ermənistanda vəziyyət gərgin olaraq qalır. Baş Nazir Nikol Paşinyana etiraz edən müxalifət öz sıralarını daha da genişləndirib, xeyli sayda gənci mintinqlərə cəlb etməyi bacarıb. Erməni mətbuatının məlumatına görə, “Gəncliyin səsi” hərəkatının fəalları Tibb Universitetinin yaxınlığındakı Abovyan küçəsini bağlayıblar. Əraziyə cəlb edilən polis qüvvələri fəalları saxlayaraq bölmələrə aparıb.

Həbs olunanlar arasında "Ermənistan" blokundan parlamentin deputatı Geqam Manukyanın oğlu, Azərbaycana qarşı təxribatlarda iştirak edən Taron Manukyan da var.
Saytlar yazır ki, etirazçılar yolun kənarında oturaraq məşəl yandırıblar. Sürücülər isə siqnal verməklə onlara dəstək nümayiş etdiriblər. Bir neçə dəqiqə sonra etirazçıların qarşısına çıxan polis əvvəlcə yolun açılmasını tələb edib və müxalifətçilər onların tələbini yerinə yetirmədiyi üçün fəallar saxlanılıb. Saxlanılmayan fəallar yürüş təşkil edib. Lakin hadisə yerinə gələn əlavə polis qüvvələri onları səkiyə çıxarıb.

Qeyd edək ki, aprelin 25-dən başlayaraq Ermənistanda etiraz aksiyaları keçirilir. İrəvanda isə müxalifət bir neçə gündür ki, aktiv küçə yürüşlərinə başlayıb. Onlar əsas nəqliyyat yollarını bağlayaraq baş nazir Nikol Paşinyanın istefasını tələb edirlər.



Xəbər 7393 dəfə oxunub.




28.04.2025  14:18 

DSX kiçik giziri intihar edib


BÜTÜN XƏBƏRLƏR +