Hər iki ölkə əlaqələrin inkişafı üçün səy göstərməlidir - Əliyev
Qarabağ Azərbaycanın ayrılmaz hissəsidir - Pezeşkian
Pezeşkianın səfəri radikal şovinistlərin at oynatdığı dövrdə baş verir – Şərh
DSX kiçik giziri intihar edib
ANAMA-nın əməkdaşı minaya düşdü
Prezidentlərin geniş tərkibdə görüşü başlayıb
Uşaqların I sinfə qəbulu prosesi başlayır
Sabah leysan yağacaq, şimşək çaxacaq
İlham Əliyevin Pezeşkian ilə görüşü başlayıb
Pezeşkian Bakıda: Rəsmi qarşılanma mərasimi olub


14.02.2021  17:12 

İran və Rusiya Hind okeanında birgə hərbi təlimlər keçirəcəklər





A+  A-

İran və Rusiya Hind okeanında birgə hərbi təlimlər keçirməyi planlaşdırırlar.
XəzərNews.az “Anadolu” agentliyinə istinadən xəbər verir ki, bu barədə İran ordusu komandanının müavini admiral Həbibullah Səyyari bildirib.

Onun sözlərinə görə, bu, Rusiya ilə ikinci birgə təlimdir. Təlimlərin məqsədi Hind okeanının şimalında təhlükəsizliyin davamlılığını təmin etməkdir.

“Rusiya HDQ-nin güclü qüvvələri, İran ordusu və İİKK-nın birgə təlimləri açıq mesajdır. Ölkəmiz inqilabdan bəri bir çox təhlükələrlə üzləşib. Düşmənlərimiz bizə qarşı planlar hazırlayırdılar”, - o deyib.

Təlimlər bir ay ərzində başlanacaq.

Bundan əvvəl, 2019-cu il 27-29 dekabr tarixlərində Hind okeanının şimalında və Fars körfəzində İran, Rusiya və Çinin birgə təlimləri keçirilib.

Xəbər 2524 dəfə oxunub.




28.04.2025  14:18 

DSX kiçik giziri intihar edib


BÜTÜN XƏBƏRLƏR +