Hər iki ölkə əlaqələrin inkişafı üçün səy göstərməlidir - Əliyev
Qarabağ Azərbaycanın ayrılmaz hissəsidir - Pezeşkian
Pezeşkianın səfəri radikal şovinistlərin at oynatdığı dövrdə baş verir – Şərh
DSX kiçik giziri intihar edib
ANAMA-nın əməkdaşı minaya düşdü
Prezidentlərin geniş tərkibdə görüşü başlayıb
Uşaqların I sinfə qəbulu prosesi başlayır
Sabah leysan yağacaq, şimşək çaxacaq
İlham Əliyevin Pezeşkian ilə görüşü başlayıb
Pezeşkian Bakıda: Rəsmi qarşılanma mərasimi olub


09.02.2021  12:10 

Bu məşhurlar beyinlərinə çip taxdıracaq





A+  A-

“SpaceX”, “Tesla” və “Neuralink” şirkətlərinin rəhbəri İlon Maskın sevgilisi, müğənni Qrayms (Claire Boucher) beyninə çip (naqil - red.) taxdırmağı planlaşdırır. O, repçi Lil Uzi Vertlə birgə belə bir addım atacaq.
XəzərNews.az xəbər verir ki, bu barədə “Independent” qəzeti məlumat yayıb. Qeyd olunub ki, sosial şəbəkələrdə yayılan xəbərləri hər iki məşhur sima təsdiqləyib.

“Çiplər üçün 2022-ci ili hədəf alaq. Təcrübə əməliyyatı müvəffəqiyyətlə baş tutsa, görmədiyimiz varlıqlar barəsində məlumatımız olacaq”,- deyə Qrayms bildirib.

Qeyd edək ki, “Neuralink” şirkəti ilk olaraq Gertrude adlı bir donuza beyin çipləri tətbiq edib. Bu çiplər beyin siqnallarının bədən hərəkətləri ilə necə şərh olunduğuna dair məlumatları qeyd etmək üçün istifadə edilib.

İlon Mask beyninə yerləşdirilən çip sayəsində video oyun oynaya bilən bir meymunun olduğunu da iddia edib.



Xəbər 1962 dəfə oxunub.




28.04.2025  14:18 

DSX kiçik giziri intihar edib


BÜTÜN XƏBƏRLƏR +