Sabah leysan yağacaq, şimşək çaxacaq
İlham Əliyevin Pezeşkian ilə görüşü başlayıb
Pezeşkian Bakıda: Rəsmi qarşılanma mərasimi olub
Bu yolda sürət həddi 20 km/saat endirilib
Pezeşkianın Bakı səfərində dəyişiklik
Nazirlik 492 müəllimi işdən çıxartdı
“VMR Klinikası”nın rəhbəri ilə bağlı ilginc faktlar
Rusiya heç bir hazırlıq nümayiş etdirmir - Zelenski
KOBİA İdarə Heyətinin sədrinə I müavin təyin edildi
Ermənilər mövqelərimizi atıcı silahlardan atəşə tutub


11.02.2025  09:48 

DTX Azər Bağırovu Azərbaycana GƏTİRDİ





A+  A-

Bakı şəhəri Səbail rayon məhkəməsində Azərbaycan Respublikasının vətəndaşı Bağırov Azər Akif oğlu barəsində seçilmiş qətimkan tədbiri ilə bağlı məhkəmə prosesi keçirilib.

XəzərNews.az xəbər verir ki, xarici xüsusi xidmət orqanının nümayəndələrinə kömək etməklə casusluq formasında dövlətə xəyanət etməkdə ittiham olunan Azər Bağırov Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən keçirilmiş tədbirlər nəticəsində İordaniya Haşimilər Krallığı ərazisində tutularaq Azərbaycan Respublikasına gətirilib.

İş materiallarından məlum olur ki, xarici ölkənin xüsusi xidmət orqanı 3-cü ölkələrdə hazırladığı təxribat hadisələrində iştirakını büruzə verməmək üçün Azərbaycan vətəndaşı kimi Azər Bağırovu cəlb edib. Azər Bağırov isə öz Azərbaycan Respublikasının vətəndaşı statusundan xarici xüsusi xidmət orqanının xeyrinə və Azərbaycan Respublikasının dövlət təhlükəsizliyi zərərinə istifadə etməklə xaricdə dövlətimizin maraqlarına qəsdən ziyan vurub, casusluq fəaliyyəti ilə məşğul olub.

Məhkəmə Bağırov Azər Akif oğlu barəsində Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət) maddəsi ilə həbs qətimkan tədbiri seçib.

Xəbər 2272 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +