Avtobus zolağına daxil olan sürücülərə XƏBƏRDARLIQ
Kamil atasının ad və soyadından niyə imtina edib?
Masallıda yaşayış evində yanğın baş verib - Video
Əfv Komissiyasına 700-dən çox müraciət var
“Azər-Türk Bank”ın 1.5 mln. manatlıq ümidsiz kreditləri...
Bakıda məşhur şadlıq evləri cərimələndi – SİYAHI
Saxta plastik cərrah Gəncədə ölümə səbəb oldu
Estoniya Rusiya ilə sərhəddə hərbi baza yaradır
Tramp geri çəkildi: Çin mallarına rüsumlar azalacaq
“BakuDent“ klinikası cərimələndi


18.03.2024  09:26 

“Beşiktaş” klubu Qurban Qurbanovla maraqlanır





A+  A-

Türkiyənin “Beşiktaş” klubu “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanovla maraqlanır.

Xəzərnews.az “Fotospor” nəşrinə istinadən xəbər verir ki, İstanbul təmsilçisinin idman direktoru Samet Aybaba komandanı düşdüyü durumdan 52 yaşlı mütəxəssisin çıxaracağına inanır.

UEFA Avropa Liqasının 1/8 final mərhələsində Almaniyanın “Bayer 04” klubuna qarşı səfər oyununu tribunadan izləyən Aybaba hesab edir ki, hazırkı baş məşqçi Fernandu Santuşdan sonra bu posta ən layiqli çalışdırıcı Qurbanovdur. Türkiyəli mütəxəssis eyni zamanda “Qarabağ”ın iki futbolçusu Juninyo və Abdullah Zubirin də çıxışını bəyənib. O, Ağdam təmsilçisinin üç üzvü ilə bağlı rəhbərliyə raport təqdim etməyə hazırlaşır.

Qeyd edək ki, “Beşiktaş” Türkiyə Superliqasında 30 turdan sonra 46 xalla dördüncü pillədə qərarlaşıb./report

Xəbər 3688 dəfə oxunub.




BÜTÜN XƏBƏRLƏR +