Türkiyədə tələbələr ayağa qalxdı - Video
Kəmaləddin Heydərov idarə rəisini vəzifəsindən azad etdi
Polis Əkrəm İmamoğlunu neçə gün saxlayacaq?
Tramp ABŞ-nin NATO-dakı bu ştatını ləğv edir
Sahibə Qafarova “Şərəf” ordeni ilə təltif edilib
“Heç kim toxunulmaz deyil” - Dövlət Baxçalı
İmamoğlu ilə birgə saxlanılanlar... - SİYAHI
“Rosemary Inn” otelinın fəaliyyəti dayandırıldı
Sabahdan Azərbaycanda 12 günlük tətil başlayır
Sədr iki ildə 1,7 milyon manatdan çox qazanıb


15.07.2021  11:09 

Çoban müharibədən öncəki döyüş mövqeyində minaya düşüb





A+  A-

Dünən Göygöl rayonunda gənc çobanın minaya düşərək ölməsi faktı ilə bağlı cinayət işi başlanılıb.
Göygöl rayon prokurorluğundan XəzərNews.az-a verilən məlumata görə, iyulun 14-də Göygöl rayonunun Mollacəlilli kənd sakini, 1990-cı il təvəllüdlü Ocaqquluyev Ramal Kamal oğlu Vətən müharibəsinədək Azərbaycan Ordusunun döyüş mövqeləri ilə Ermənistan silahlı qüvvələrinin mövqeləri arasındakı minalanmış ərazi hesab olunan, Göygöl rayonu ilə işğaldan azad edilmiş Kəlbəcər rayonu arasında yerləşən "Bənövşəli yaylağı" adlanan ərazidə kənd-təsərrüfat fəaliyyəti ilə məşğul olarkən piyada əleyhinə minaya düşüb, aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Faktla bağlı Göygöl rayon prokurorluğu tərəfindən Cinayət Məcəlləsinin 120.2.4 və digər maddələri ilə cinayət işi başlanılıb.

Hazırda istintaq davam edir.

Xəbər 2015 dəfə oxunub.



18.03.2025  16:08 

Ərzaq bazarında bahalaşma var


BÜTÜN XƏBƏRLƏR +