Amal Qrup Qubadlıda podratçının ödənişini vermir
Qızını döyüb videoya çəkən ana ilə bağlı - DİN-dən açıqlama
Roma Papası Ukrayna üçün dua oxumağa çağırıb
Mehdiyevə 10 il həbs tələbi, Azad Rəhimovun oğlu isə...
AZCON-un icraçı direktoru kimdir?
Ermənistan-Azərbaycan danışıqlarında niyə fasilə yaranıb?
Yevlaxda məktəbli intihar edib
Biz niyə “Oskar” üzünə HƏSRƏTİK?
“Laser Beauty Estetik Klinika”sı cərimələndi
Putin və Tramp sonuncu dəfə nə zaman danışıb?


13.05.2022  18:27 

ƏDV-nin ləğvi maliyyə yükünü azaldacaqmı?





A+  A-

Mətbuatın, ümumilikdə yazı adamlarının çoxdan gözlədiyi hadisə gerçəkləşdi. Belə ki, kütləvi informasiya məhsullarının, kitabların və dərslik komponentlərinin, həmçinin həmin məhsulların istehsalı və nəşri ilə bağlı kağızın idxalı və satışı əlavə dəyər vergisindən (ƏDV) azad edildi.

Mayın 13-də Baş nazirin verdiyi müvafiq qərarla bundan sonra bundan sonra kitab, qəzet, jurnal və onların istehsalı ilə bağlı kağız məhsullarının idxal və satışına görə 18 faiz ƏDV tutulmayacaq.

Qərar Prezident İlham Əliyevin təşəbbüsü ilə verilib. Dövlət başçısı ötən ilin dekabr ayında Vergi Məcəlləsinə dəyişikliklə bağlı Fərman imzaladı və bu Fərmanda ƏDV-nin ləğvi nəzərdə tutulurdu.

Fərmandan bir neçə ay sonra ƏDV-nin ləğvi qərarı gerçəkləşdi və qərarın müsbət nəticələrə səbəb olacağı bəllidir.

Hər şeydən öncə çap mediasının inkişafında yeni mərhələyə başlayır. Çünki ƏDV-nin ləğvi çap mediası məhsullarının maya dəyərini və onların istehsal xərclərini əsaslı azaltmaqla inkişafına təkan verəcək. Məsələ ilə bağlı ölkənin çap mediası subyektləri rəhbərləri ilə Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyində aparılan müzakirələr və yayım şirkətləri ilə görüşlərdə səsləndirilən fikirlər bu yanaşmanı dəstəkləyir.

Xüsusilə ƏDV-nin ləğvi qəzetlərin dərc olunmasında maliyyə yükünü azaldacaq ki, bu da redaksiyaların imkanlarını artıracaq. Maliyyə imkanının artması həm çap mediasının inkişafına, həm də peşəkarlığın artmasına gətirib çıxaracaq. Çünki daha yaxşı əmək haqqı əməkdaşların da peşəkarlığına və işin keyfiyyətinə müsbət təsir edən amildir.

ƏDV-nin ləğvinə ümumilikdə media sahəsində islahatların tərkib hissəsi hesab etmək olar.

Son illər aparılan islahatların hədəfi həm çap, həm onlayn medianın inkişafına hesablanıb. İstər ayrılan maliyyənin ədalətli bölünməsi, istər redaksiyaların texniki bazasının yaxşılaşdırılması, istərsə peşəkarlığın artması ilə bağlı görülən işlər göz önündədir və təbii ki, nəticələri də olur. Beləliklə, Vergi Məcəlləsinə edilmiş müvafiq dəyişiklik və ƏDV-nin ləğvi qərarı media sahəsində aparılan əsaslı islahatların ardıcıllığının və vahidliyinin təmin edilməsinin, eləcə də bu sahədə görülən tədbirlərə kompleks yanaşmanın təzahürü olmaqla, çap mediası subyektlərinin və çap məhsullarının yayımını həyata keçirən şirkətlərin səmərəli fəaliyyətinə və iqtisadi dayanıqlılığının artmasına əhəmiyyətli dərəcədə təsir göstərəcəkdir.

Eyni zamanda, kitab nəşrinin inkişafı üçün mühüm addımlardandır. Ölkədə nəşriyyat evlərinin zaman-zaman ƏDV-nin ləğv edilməsi istəkləri gündəmə gəlib, çünki bu, kitabın nəşrinə böyük dəstək ola bilər. Məhz indi Azərbaycan dövləti bununla bağlı mühüm addımı atdı. Bu addımın müsbət nəticələrinin olacağı şübhəsizdir.

Bu qərar ümumilikdə mediamızın da, ədəbiyyatımızın da inkişafına mühüm töhfə verəcək.

Vasif Həsənli
“Demokrat.az” xəbər portalının baş redaktoru


Xəbər 9588 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

03.03.2025  14:48 

Yevlaxda məktəbli intihar edib

03.03.2025  12:35 

Siqaret yenə BAHALAŞDI - Səbəb?

03.03.2025  12:33 

Sabahdan havalar qızır

02.03.2025  17:51 

Cem Köksal azadlığa buraxıldı


BÜTÜN XƏBƏRLƏR +