İlham Əliyev Ankaraya səfər edəcək
XİN-dən Paşinyana cavab verildi
ABŞ silahlarının 90%-i Kiyevə təhvil verilib
Görüş üçün ev ver, qız tapacaq - MƏHKƏMƏ
Nazirlik yoxlamalar barədə məlumat yaydı
Prezident agentlik sədrinə şiddətli töhmət verdi
İtaliya Ukraynaya əsgər göndərəcəkmi? - Açıqlama
İmtahanın nəticələri elan olundu
İsrail Suriyada Türkiyəni necə zəiflədir?
Emin Ağalarov bitkoində nə qədər batırıb?


29.01.2025  16:04 

Xaricdən avtomobil alanlara qadağa qoyulur?





A+  A-

“Məlum olub ki, ötən il Azərbaycana idxal olunan avtomobillərin 45%-i paralel idxaldır, yəni “boz bazardan”. “Boz bazar” isə el arasında qeyri-rəsmi gətirilən avtomobillər deməkdir. Yəni vətəndaş rəsmi servis mərkəzindən yox, özü birbaşa daha ucuz qiymətə Çindən istehsalçı şirkətdən maşını alıb, öz adına idxal edir”.

XəzərNews.az xəbər verir ki, bu barədə tanınmış texno-bloger Fərid Pərdəşünas bildirib. Onun sözlərinə görə, bu rəqəm isə Azərbaycanda bəzi dilerləri narahat edib. Verilən məlumatlara görə, onlar dövlətə, Sahibkarlar Konfederasiyasına müraciətlər edirlər ki, vətəndaşın belə alışlarına məhdudiyyətlər gəlsin. Bloger vurğulayıb ki, hətta bununla bağlı Sahibkarlar Konfederasiyası məhdudiyyətləri əks etdirən təklif hazırlayır.

F.Pərdəşünas bunu olduqca absurd yanaşma hesab edir: “Birincisi, onu deyim ki, mən özüm Çin avtomobilimi (Tesla yox, Geely) servisdən almışam. YouTube kanalıma baxsanız, rəsmi servislərlə əməkdaşlıq etdiyimi görərsiniz. Onlardan pul qazanmışam. İzləyiciyə verdiyim məsləhətlər də həmişə servisin imkanları ilə bağlı olub ki, servisdən alsanız, zəmanət, xidmət, ehtiyat hissə zəmanəti əldə etmiş olursunuz. Amma bu o demək deyil ki, vətəndaşın seçim imkanı məhdudiyyətlərlə tənzimlənsin. Azərbaycanlı sahibkar hansısa avtomobil istehsal edir ki, onun hüququ da qorunsun? Avtomobili qoyaq kənara, bəlkə biri təkər istehsal edir? Bu, sahibkarı yox, alverçini qorumaq məntiqi olardı. Və ya Azərbaycandakı dilerlər ölkə iqtisadiyyatına nə qədər fayda verir ki? Nə qədər kütləvi iş yeri və salonu var ki, dövlət onları qorusun? Vətəndaş da gətirəndə vergisini və rüsumunu ödəyir, dövlətə xeyir verir. Bəlkə sahibkar ondan artığını edir?”

O, hesab edir ki, sahibkarlar belə direktiv qərarları yox, maarifləndirməni seçməlidirlər. “Rəsmi satıcılar daha üstün imkanlar təqdim edib, alıcını cəlb etməlidir: servis, xidmət, ehtiyat hissə, bazara uyğun xüsusi imkanlar, dil dəstəyi və s. Onsuz da bunu verəndə, mənim kimi servis tərəfdarı olanlar gedib ordan alacaq”, - bloger qeyd edib.

Fərid Pərdəşünas hesab edir ki, bunu istəməyənləri məcbur etmək doğru deyil. Onun sözlərinə görə, dilerlərdən pul alıb, sifarişlə belə təbliğat, reklam aparan bloqerlər, influencerlər doğru mesaj vermir:

“Mən də bu işi görürəm, amma qətiyyən alıcını qadağa altına salmaq olmaz. Əgər dövlət bir qadağa qoyacaqsa, bu, həm sahibkar, həm də adi vətəndaş üçün eyni olmalıdır. Məsələn, ABŞ deyir ki, mən Çin brendlərinə 100% rüsum tətbiq edirəm. Daha bunu sahibkara və vətəndaşa ayırmır”.

Bloqçu bildirir ki, hazırda dövlətin strateji baxışı məhz avtomobil parkını yeniləməkdir. O, xatırladır ki, hibrid və elektrik avtomobillərinə olan güzəştlər, xarici bazara əlçatanlıq ucuz avtomobil almağa imkan yaradıb.


“İnsanlar 20-30 min manata təzə maşın alırlar və dövlətin bu strategiyası əladır. Düşünürəm ki, dövlət elə bu cür də davam etməlidir. Sahibkarlar isə azad rəqabətə uyğunlaşmalıdır, direktiv qərarlardan mədət ummamalıdır”,
- o, vurğulayıb.



Xəbər 4117 dəfə oxunub.




04.03.2025  17:42 

XİN-dən Paşinyana cavab verildi

04.03.2025  15:22 

Sabah güclü külək əsəcək

04.03.2025  10:39 

Xəzər dənizində zəlzələ olub

04.03.2025  10:07 

Gülnar Əlizadə müəllim imiş.

03.03.2025  14:48 

Yevlaxda məktəbli intihar edib


BÜTÜN XƏBƏRLƏR +