Bakıda körpüləri niyə su basır? - Video
Nuridə Allahyarova “Yeni Klinika“dan getdi
Bakının daha iki rayonu üzrə söküntü başlayır
Vətəndaşların kartları yenə talan olundu
Sabiq məmurun oğlu məhkəmə qərarından narazıdır
Cərimələrdən toplanan vəsaitin 50 faizi hərbçilərə veriləcək
“Kliniki Tibbi Mərkəz”də nöqsanlar aşkarlandı
Rusiya Hacı Zülfüqarı Azərbaycana vermədi
19 ildən sonra ilk dəfə cinsi əlaqədə oldu
Selin aldığı can: Şirkət rəhbərinin həbsi tələb edilir


24.08.2020  15:11 

İtaliya COVID-19 peyvəndinin könüllü sınaqlarına başlayır





A+  A-

İtaliya bu gün könüllülər üzərində hazırladığı COVID-19 peyvəndinin klinik sınaqlarına başlayıb.
XəzərNews.az xəbər verir ki, bu barədə Romanın Lazzaro Spallanzani Milli Yoluxucu Xəstəliklər İnstitutunun direktoru Françesko Vaia açıqlama verib. O, “Grad-CoV2” adlandırılan peyvənd sınaqlarının ilk mərhələsinin başlandığını bildirib.

“Bu mərhələdə verilmiş dozanın xəstəyə yan təsirləri olub-olmadığı, orqanizmdə neytrallaşdırıla bilən və viral replikasiyanı dayandıra bilən antikor istehsal etmək gücünə sahib olub- olmadığı yoxlanılacaq”,- deyə Françesko Vaia qeyd edib.

Vaia peyvəndin nəticəsini öyrənmək üçün təyin olunan doza nümunələrinin 12 həftə ərzində müşahidə ediləcəyini və araşdırmanın ümumilikdə 24 həftə davam edəcəyini bildirib.

Peyvənd təcrübələrini 2-ci və 3-cü mərhələlərdə, virusun yüksək sürətlə yayıldığı Braziliya və Meksika kimi yerlərdə davam etmək istədiklərini deyən Vaia “Hər şey yaxşı gedir, əgər bu sınağı il ərzində bitirsək, sürətli və müvəffəq olsaq, gələn ilin yazına qədər peyvəndi ticari səviyyədə istifadə edə biləcəyik”,- deyə sözlərinə əlavə edib.

Xəbər 1886 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +