FHN “Şamo” şadlıq evini bağladı - Video
Havalar qızır: Sabah 22 dərəcə isti olacaq
Ruslar Sumidə çörək fabrikini vurdu
Molla əxlaqsızlığa görə həbs edildi
Avropa XİN rəhbərləri mayın 9-da Kiyevdə görüşəcək
Bakıda körpüləri niyə su basır? - Video
Nuridə Allahyarova “Yeni Klinika“dan getdi
Bakının daha iki rayonu üzrə söküntü başlayır
Vətəndaşların kartları yenə talan olundu
Sabiq məmurun oğlu məhkəmə qərarından narazıdır


06.09.2017  20:38 

Dünyanın ən sürətli avtomobili hazırlanır





A+  A-

Yapon şirkəti “Aspark” Frankfurt sərgisində “Owl” adlı hiperkarı təqdim edəcək.
XəzərNews.az Technote-yə istinadən xəbər verir ki, şirkətin hazırladığı avtomobil saatda 100 km sürəti 2 saniyədən az vaxtda yığır.

Yapon şirkəti bununla da, dünyanın ən elit avtomobillərini sürət baxımından geridə qoya bilər.

Hazırda saatda 100 km sürəti ən qısa müddətdə yığan dünyanın ən sürətli avtomobili “Dodge Challenger SRT Demon”dur (2,3 saniyə). Bu baxımdan o, “Bugatti Chiron”dan bir qədər sürətlidir. Belə ki, “Bugatti Chiron” həmin nəticəni 2,4 saniyə ərzində əldə edir.

“Owl” adlı hiperkar barəsində hələlik məlum olan tək şey, onun elektrik yük qurğusuna və yüngül təkər disklərinə sahib olacağıdır. Şirkətin məlumatına əsasən avtomobilin gövdəsi karbon liflərindən hazırlanıb. Onun hündürlüyü isə 990 millimetrdir. Yerdə qalan bütün texniki parametrlər isə 1 həftə sonra keçiriləcək Frankfurt sərgisində tədbirində təqdim olunacaq.

Qeyd edək ki, “Owl” 2014-cü ildən etibarən hazırlanır.

Xəbər 1602 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +