FHN “Şamo” şadlıq evini bağladı - Video
Havalar qızır: Sabah 22 dərəcə isti olacaq
Ruslar Sumidə çörək fabrikini vurdu
Molla əxlaqsızlığa görə həbs edildi
Avropa XİN rəhbərləri mayın 9-da Kiyevdə görüşəcək
Bakıda körpüləri niyə su basır? - Video
Nuridə Allahyarova “Yeni Klinika“dan getdi
Bakının daha iki rayonu üzrə söküntü başlayır
Vətəndaşların kartları yenə talan olundu
Sabiq məmurun oğlu məhkəmə qərarından narazıdır


06.09.2017  18:54 

Danışan dronlar yaradılacaq





A+  A-

“Amazon” şirkəti danışan uçan aparatların yaradılmasına patent hüququ əldə etmək üçün ABŞ Patent və Əmtəə Nişanları Bürosuna müraciət edib.
XəzərNews.az ICTnews-a istinadən xəbər verir ki, patentə görə, “Amazon” dronları informasiya tələb etmək və ya sualları cavablandırmaq üçün yaxınlıqdakı insanla səsli dialoq qura biləcək.

Bu, təkcə təhlükəsizlik məqsədilə deyil, müştərilərin rahatlığı üçün faydalı olacaq. Məsələn, danışan uçan aparatdan çatdırılmanı başqa vaxta keçirməyi xahiş etmək mümkün olacaq.

Bundan başqa, patentdə qeyd olunur ki, dron insandan ona sifariş verməzdən əvvəl identifikasiyadan keçməyi tələb edəcək.

Məlumata görə, “Amazon” hazırda dronlarla çatdırılmanın səhvsiz yerinə yetiriləcəyinə zəmanət verə bilmir. Belə ki, patentdə aparatın enerjisinin tükənə, nə iləsə toqquşa və ya çaşqınlıq vəziyyətinə düşə bilməsi göstərilir. Danışmaq imkanı sayəsində dron yaxınlıqdakı insandan lazımi əməliyyatların yerinə yetirilməsini (dronun olduğu yer barədə məlumat vermək, onun yerini dəyişmək, açmaq, idarəetmə mərkəzinə və ya enerjidoldurma yerinə göndərmək) xahiş edəcək.

Xəbər 1505 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +