FHN “Dədə Qorqud” Şadlıq Evini bağladı
Xanlar Vəliyev getdi.... - Səlahiyyət müddəti uzadılmadı
FHN-dən xəbərdarlıq: Güclü külək əsəcək
Şahzadə Harri məhkəməyə görə Londona gəlib
Döyüşən Çin əsgərləri... - Zelenski Çinin reaksiyasını gözləyir
Xanlar Vəliyevin dövründə ciddi nöqsanlar olub - Açıqlama
“Mona Liza“ Şadlıq Sarayı: Ciddi nöqsanlar var
Heydərovların Londondakı şirkətləri bağlanır
Oleq Sinegubova sui-qəsd: 50 min dollara...
Tanınmış həkim “Şərəf” ordeni ilə təltif edildi


12.03.2023  09:31 

Ərdoğanın gedişi, ermənilərin sevinci...





A+  A-

Türkiyədə 14 may tarixində keçiriləcək prezident və parlament seçkilərini Ermənistan da ciddi şəkildə izləyir.

Ərdoğanın uduzmasında maraqlı olduqlarını gizlətməyən erməni jurnalistlər və siyasi ekspertlər artıq indidən sevinməyə başlayıblar.

“Armenian Reрort”da dərc edilən məqalədə bildirilib ki, Ərdoğan erası “bitmək üzrədir” və bu, Ermənistan üçün olduqca yaxşı xəbərdir:

“Kamal Kılıçdaroğlu (CHP lideri, “Altılı masa”nın prezidentliyə namizədi – red.) 2023-cü il may seçkilərində Türkiyə lideri Rəcəb Tayyib Ərdoğana qalib gələ bilər. Bunu “ORC Araşdırma” agentliyinin son rəy sorğusu da təsdiqləyir. Sorğu 4-6 mart tarixində 1850 respondent arasında keçirilib, Ərdoğan 43,2%, Kılıçdaroğlu isə 56,8% səs toplayıb.

Halbuki bu agentliyin yanvar ayında keçirdiyi sorğuda Ərdoğan Kılıçdaroğlu da daxil olmaqla, bütün rəqiblərini üstələyirdi”.

İddia edilib ki, buna səbəb Türkiyədə baş verən zəlzələ, onun nəticələri və müxalifətin bundan istifadə etməsidir.

Erməni müəllif ABŞ Prezidenti Baydenin də Türkiyə liderinin seçkilərdə məğlub olmasında maraqlı olduğuna diqqət çəkib və onun hələ 2020-ci ildə verdiyi vədi xatırladıb.

Nəşr Ərdoğanın uduzmasının Ermənistan üçün xüsusi şans açmasından bəhs edib və bildirib ki, məhz Ərdoğanın 2020-ci ildə göstərdiyi iradə Azərbaycanın qalib gəlməsində müstəsna rol oynadı, həmçinin, Ərdoğan Bakıya gedərək, Qələbə paradında iştirak etdi:

“Çox böyük ehtimal var ki, Əliyev tək qalacaq – onu ciddi şəkildə dəstəkləyən İmran Xan (Pakistan baş naziri – red.) da artıq hakimiyyətdə deyil. Kılıçdaroğlu ABŞ nə əmr etsə, onu da icra edəcək. ABŞ isə demokratiyanı dəstəkləməkdə maraqlıdır ki, bu da Ermənistan üçün böyük pəncərə açır. Məsələn, Türkiyə ilə quru sərhədlər də münasib şərtlərlə açılacaq, həm də Azərbaycanın mövqeyi nəzərə alınmadan”.

Məqalədə vurğulanıb ki, Ərdoğanın gedişi Azərbaycanın “Xankəndidə bayraq qaldırmaq” məqsədini də puça çıxaracaq:

“Bakı ilə Tehran arasında tamamilə gərgin münasibətləri nəzərə alsaq, Azərbaycanın regionda sadəcə olaraq müttəfiqi olmayacaq. Bəli, Azərbaycana rəğbət Türkiyədə qalacaq. Amma onları ABŞ idarə edəcək. Bizə lazım olan gündəliyi həyata keçirmək üçün başqa heç nə tələb olunmur”./Axar.az



Xəbər 1117 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

08.04.2025  18:13 

Bondarenko istefa verdi

07.04.2025  19:07 

Ev tikən, yoxsa məscid sökən?!


BÜTÜN XƏBƏRLƏR +