19 ildən sonra ilk dəfə cinsi əlaqədə oldu
Selin aldığı can: Şirkət rəhbərinin həbsi tələb edilir
Yemək şirkəti 1,8 milyona təbliğat aparacaq – Müəmma
Orduxan Teymurxan Baş Prokurorluğa çağırılıb
Nikopol atəşə tutuldu: 2 ölü, 5 yaralı var
Mənim uşağımın atası evlidir - Şok etiraf
Alla Puqaçova ad gününü Yunanıstanda qeyd edib
Müharibədən sonra SEÇKİ... - Uzadılmamalıdır...
Şikayətçi Oleq Bakinskidən 50 min manat tələb edir
Rusiyada miqrantlar döyülür, söyülür, soyulur...


14.12.2019  16:48 

Cüdoçumuzdan gümüş medal





A+  A-

Çinin Qingdao şəhərində keçirilən cüdo üzrə nüfuzlu "World Masters" yarışı başa çatıb.
XəzərNews.az xəbər verir ki, beynəlxalq turnirin son günü Azərbaycan millisi aktivinə daha bir medal yazdırıb. Qadınların yarışında +78 kq çəki dərəcəsində mübarizə aparan İrina Kindzerska Fransa, Çin, Braziliya və Koreya cüdoçularını məğlub edərək finala çıxıb. Həlledici qarşılaşmada Niderland təmsilçisi Tessi Savelkoulsa uduzan cüdoçumuz mötəbər yarışın gümüş medalını qazanıb.

Xatırladaq ki, bu millimizin Çində qazandığı ikinci medal olub. Yarışın ikinci günü Rüstəm Orucov (-73 kq) bürünc medala layiq görülüb. Qeyd edək ki, mötəbər yarışda 67 ölkədən 445 cüdoçu mübarizə aparıb. Azərbaycanı beynəlxalq turnirdə 11 cüdoqi ustası (8 oğlan, 3 qız) təmsil edib.

Xəbər 1751 dəfə oxunub.




BÜTÜN XƏBƏRLƏR +