Mixail Saakaşvili: “İlham Əliyev regionun lideridir...“
Naxçıvan Səhiyyə Nazirliyində nələr baş verib?
Əvəz Zeynallı ilə bağlı məhkəməyə müraciət edildi
Sahil Babayevə müavinlər təyin olundu
“Azercell”in ad günü kampaniyasına ETİRAZ
Yaşayış binasındakı yanğın söndürüldü
Sürücü Tibb Mərkəzindən məcburi şəkildə çıxarılıb
Yanğına görə avtomobillərin hərəkəti məhdudlaşdırıldı
Gürcüstan Prezidenti Azərbaycana səfərə gəlib
Ağ Ev Harvard Universiteti üçün qrantları dayandırır


04.12.2024  17:48 

“Devin Medya Akademi”dən fırıldaqçılıq İDDİALARINA CAVAB





A+  A-

“Devin Medya Akademi”nin fırıldaqçılıq etməsi ilə bağlı iddialar yayılıb

Xəzərnews.az xəbər verir ki, məsələ ilə əlaqədar bakuplus.az-a “Devin Medya Akademi”nin direktoru Atila Uysal açıqlama verib.

Onun sözlərinə görə, dünəndən bəri bu məsələ ilə bağlı bir neçə nəfərlə görüşüb:

“Biz bu şirkəti insanları aldatmaq üçün açmamışıq. İllərdi bu sahədə fəaliyyət göstəririk. Aldığımız ödəmə isə fotoların çəkilməsi üçündür. Məcburiyyət yoxdur, hər kəsin öz razılığı ilə edilir. Həm də akademiyamıza qəbul olan insanların reklam, kino, serial çəkilişlərində aktyor kimi obraz canlandırmasını təmin edirik.

Həmidə Ömərova məsələsinə gəldikdə isə onunla biz yay aylarında danışıq apardıq. Çəkilişlərinin çox olduğu üçün əməkdaşlıq edə bilmədik. Bunu özü də deyib. Bununla yanaşı, akademiyamızda dərs deyən şəxslər kino sahəsində tanınmış adamlardır. İlk görüşlərimizdə Həmidə Ömərovanın iştirakını demişdik. Amma Həmidə Ömərovanın dərs deməsi barədə insanlara məlumat verməmişik.

Məsələn, Nurəddin Mehdixanlı ilə də danışmışıq. Onunla sabah görüşəcəyik. Bizim fırıldaqçılıqla bağlı fikrimiz yoxdur”.

Xəbər 5362 dəfə oxunub.



15.04.2025  14:35 

Paşinyan sülhdən danışdı


BÜTÜN XƏBƏRLƏR +