Arif Zeynalovun bahalı avtomobillərinə həbs qoyuldu
Hərbi xidmət müddəti 6 ay azaldılır
Tramp BBC-ni məhkəməyə verəcək?
İmamoğluna 2352 il həbs cəzası veriləcək?
“Kurtlar Vadisi“nin Elifi ölümdən döndü
Qalmaqallı estetik mərkəzilə bağlı cinayət işi açıldı
Nəsimi rayonuna yeni icra başçısı təyin edilib
Qaxa da yeni İcra başçısı təyin olundu
Kürdəmirin İcra başçısı vəzifəsindən azad edilib
Göyçayın İcra başçısı Balakənə təyin olundu


19.11.2021  14:27 

Nazirlik qarşısında aksiya keçirildi - Fotolar





A+  A-

Bu gün səhər saatlarında bir qrup şəxs Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin qarşısında aksiya keçirib.
XəzərNews.az xəbər verir ki, onlar hüquqlarının pozulduğunu bildirərək nazirliyin qarşısına toplaşıblar. Etirazçılar arasında əlilliyi olan şəxslər də olub. Sosial şəbəkələrdə yayılan məlumatlara görə, aksiya iştirakçıları arasında saxlanılanlar var.

Məsələ ilə bağlı Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən isə bildirilib ki, həmin şəxslərdən saxlanılan olmayıb:

“Saat 11 radələrində 26 nəfər şəxs sosial təminat problemləri ilə əlaqədar nazirliyin önünə toplaşıb. Onlara nazirliyin əməkdaşları tərəfindən qəbul olunmaları təklif edilib. Həmin şəxslərdən bir qrupu təklifi qəbul edərək qəbula gedib, təklifi qəbul etməyənlər isə polis əməkdaşları tərəfindən ərazidən uzaqlaşdırılıblar. Bu zaman heç bir instident qeydə alınmayıb və saxlanılan yoxdur. Eyni zamanda qeyd edək ki, həmin şəxslərin müraciətlərinin aidiyyəti dövlət qurumları tərəfindən araşdırılması onların diqqətinə çatdırılıb”.





Xəbər 5484 dəfə oxunub.




12.11.2025  17:08 

Şagird müəllimini döydü

12.11.2025  16:32 

Milli birlik naminə... - 44 gün

12.11.2025  11:09 

72 klinikada nöqsanlar aşkarlandı


BÜTÜN XƏBƏRLƏR +