Ukraynanın dövlət borcu 171 milyard dollara çatıb
İranda zəlzələ: Xəsarət alanların sayı 29-a çatıb
Qəsdən özünü maşınların altına atan şəxs tutuldu
Müğənni həkimdən 14 min manatını istəyir
“Azəristiliktəchizat” ASC-yə sədr təyin edildi - Foto
Talıbovların dəbdəbəli həyatı... – FOTO
Kamran Əliyev yenidən Baş prokuror təyin edildi
Bu Fondda nöqsanlar aşkarlandı
Odessanı 21 pilotsuz uçan aparatla vurublar
“Əsassız 600 manat cərimə yazırlar” - AYNA-dan ŞİKAYƏT


06.05.2023  20:46 

“Polis” və “jurnalist” arzularının ardınca... - Fotolar/Video





A+  A-

Ötən ay “Qafqazinfo”da yayımlanan “Təhsildən 130 kilometr uzaqda... - Bu kənddə ali savadlı yoxdur” başlıqlı videoreportaj cəmiyyətdə böyük marağa səbəb olmuş, həssas məqamlarla yadda qalmışdı.

Həssas məqamlar biri isə məktəbi olmayan Qazbabalı kəndində ev şəraitində dərs keçən Coşqun Eldaroğlunun şagirdlərindən ikisi - Hüseynlə Fatimənin gələcəklə bağlı arzuları idi. Belə ki, Hüseyn həmin reportajda polis oımaqla bağlı arzusunu dilə gətirmiş, Fatimə isə jurnalist olmaq istəyini bildirmişdi.

Bu gün Qazbabalıya həmin arzuların ardınca getdik. Budəfəki qonaqlar isə Bakı Dövlət Universitetnin professoru, qocaman jurnalist Cahangir Məmmədli, Qafqazinfo saytının baş direktoru Elbrus Ərud, tanınmış jurnalist Niyaz Niftiyev və Şabran Rayon Polis Şöbəsinin şəxsi heyət üzrə rəis köməkçisi, polis polkovnik-leytenantı Nahid Ələsgərov idi.

Şagirdlərlə salamlaşan Cahangir Məmmədli görüş zamanı onlarla öz təcrübəsini bölüşdü. Bundan başqa, professor Fatiməyə Jurnalistika Nazəriyyəsi və Təcrübəsi dərsliyini və Bakı Dövlət Universiteti kitabını hədiyyə etdi. Nahid Ələsgərov isə gələcəkdə polis olmaq istəyən Hüseynə hədiyyələrini təqdim edərək, Daxili İşlər Nazirliyi rəhbərliyinin salamlarını çatdırdı və ona bu arzunu gerçəkləşdirmək yolunda uğurlar arzuladı.

Görüşdə tezliklə bu kənddə məktəbin tikiləcəyi ilə bağlı inam vurğulandı, digər şagirdlərə də hədiyyələr təqdim olundu və onların savadlı olmasının Azərbaycanın gələcəyi üçün mühüm əhəmiyyət kəsb etdiyi bildirildi.

Emin Səfərov











Xəbər 1899 dəfə oxunub.




01.05.2025  16:32 

Bu Fondda nöqsanlar aşkarlandı

01.05.2025  12:34 

Mal-qara oğruları saxlanıldı


BÜTÜN XƏBƏRLƏR +