Ukraynanın dövlət borcu 171 milyard dollara çatıb
İranda zəlzələ: Xəsarət alanların sayı 29-a çatıb
Qəsdən özünü maşınların altına atan şəxs tutuldu
Müğənni həkimdən 14 min manatını istəyir
“Azəristiliktəchizat” ASC-yə sədr təyin edildi - Foto
Talıbovların dəbdəbəli həyatı... – FOTO
Kamran Əliyev yenidən Baş prokuror təyin edildi
Bu Fondda nöqsanlar aşkarlandı
Odessanı 21 pilotsuz uçan aparatla vurublar
“Əsassız 600 manat cərimə yazırlar” - AYNA-dan ŞİKAYƏT


04.05.2023  16:05 

Bu istənilən pul rüşvətdir, niyə ödəməliyik?! - Şikayət





A+  A-

Günay Abbasova deyir ki, həyat yoldaşı Taleh Abbasovu və 16 yaşlı oğlunu Masallı rayonunda polislər qanunsuz saxlayıb.

XəzərNews.az Abzas Media-ya istinadla xəbər verir ki, G. Abbasova yoldaşının 2020-ci ildə 700 manata qədər avtomobil cəriməsinin olduğunu deyib. O, cəriməni ödədiklərini və bununla bağlı qəbzlərinin də olduğunu bildirir:

"Mayın 4-ü Masallıda postda yoldaşımı polislər saxladı, hamımız maşında idik. Yoldaşım bildirdi ki, cərimə ödənib, ödəniş qəbzi də var. Dedilər, sistemə düşməyib. Yoldaşım da dedi ki, "sistemə düşməyibsə, bu mənim problemim deyil axı". İçəri getdilər, orada nəsə mübahisə olub, yoldaşım və 16 yaşlı oğlumun qolunu qandallayıb Masallı Rayon Polis Şöbəsinə apardılar".

G. Abbasova iddia edir ki, yoldaşının və oğlunun sərbəst buraxılması üçün onlardan rüşvət istəyiblər:

"Yaxınlarımız polislərlə danışdı, deyiblər ki, 2000 manat pul gətirin, burada ödəniş edin və ödənişlə bağlı heç yerə şikayət etməyin. Onlar deyib ki, yoldaşım və oğlum ancaq bu halda buraxılacaq. Biz cəriməni ödəmişik, bu istənilən pul rüşvətdir, niyə ödəməliyik?! Ödəniş qəbzlərin, yoldaşımın vəsiqələrini maşından zorakılıqla götürüb, apardılar.

Tanışlar vasitəsilə yoldaşımla bir dəfə danışdım. Dedi ki, məndən rüşvət istəyirlər, mən rüşvət verməyəcəm. Qanun nədir, cəzamı versinlər, bunlara pul verməyəcəm. Bunlar deyirlər ki, pul ver, səni buraxırıq”.

Şikayətçi deyir ki, oğlunu və yoldaşını əli qandalllı vəziyyətdə Masallı rayon Məhkəməsinə aparıblar:

"Uşağım aparılanda çəkliş etdim, telefonu əlimdən aldılar və görüntüləri sildilər. Qardaşıma deyiblər ki, guya içəridə söyüş söyülüb, nəsə sındırılıb. Haqqımı istəyirəm. Azadlığa buraxılsınlar, qanun nədir, o olsun. Sən mənim azyaşlı uşağımı qandallayıb apara bilməzsən”.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin şöbə rəisi Elşad Hacıyev deyilənləri təkzib edir: “Şəxsdən buraxılması üçün rüşvətin istənilməsi mümkün olan məsələ deyil”.

Xəbər 1334 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

01.05.2025  16:32 

Bu Fondda nöqsanlar aşkarlandı

01.05.2025  12:34 

Mal-qara oğruları saxlanıldı


BÜTÜN XƏBƏRLƏR +