Ukraynanın dövlət borcu 171 milyard dollara çatıb
İranda zəlzələ: Xəsarət alanların sayı 29-a çatıb
Qəsdən özünü maşınların altına atan şəxs tutuldu
Müğənni həkimdən 14 min manatını istəyir
“Azəristiliktəchizat” ASC-yə sədr təyin edildi - Foto
Talıbovların dəbdəbəli həyatı... – FOTO
Kamran Əliyev yenidən Baş prokuror təyin edildi
Bu Fondda nöqsanlar aşkarlandı
Odessanı 21 pilotsuz uçan aparatla vurublar
“Əsassız 600 manat cərimə yazırlar” - AYNA-dan ŞİKAYƏT


02.04.2021  09:07 

Misir Süveyşdəki zərərinə görə 1 milyard dollar təzminat istəyir





A+  A-

Misir Süveyş kanalını günlərlə bağlayan gəminin sahibi olan şirkətdən təzminat istəməyə hazırlaşır.
XəzərNews.az xarici KİV-ə istinadən xəbər verir ki, şirkətdən ən azı 1 milyard dollar təzminat istəniləcək.

Təzminat hesablanarkən səfərlərin altı gün dayanması ilə yanaşı, gəminin üzdürülməsi üçün istifadə edilən maşın və vasitələrin korlanma payı, heyət və təchizatın uğradığı zərər, texniki heyətin və mühəndislərin mütəmadi işləməsi göz önünə alınacaq.

Xatırladaq ki, Çindən Rotterdama yola düşən, 400 metr uzunluğa və 224 min ton yükgötürmə qabiliyyətinə malik olan “The Ever Given” konteyner gəmisi martın 24-də kanalın 151-ci kilometrliyində saya oturaraq, hərəkətin dayanmasına və yüzlərlə gəminin kanalın girişində tıxac yaratmasına səbəb olub.

Altı günlük çalışmalardan sonra gəmi üzdürülüb, kanalda hərəkət bərpa edilib. Ancaq Misir bu müddətdə ciddi maliyyə itkisi ilə üzləşib. Belə ki, kanalın bağlı qaldığı hər gün bu dövlətə 10-15 milyon dollar başa gəlib.

“The Ever Given” adlı gəminin sahibi olan yapon şirkəti səfərlərin ləngiməsinə görə ticarət gəmilərinin operatorlarından üzr istəyib.

Xəbər 1574 dəfə oxunub.



01.05.2025  16:32 

Bu Fondda nöqsanlar aşkarlandı

01.05.2025  12:34 

Mal-qara oğruları saxlanıldı


BÜTÜN XƏBƏRLƏR +