Ukraynanın dövlət borcu 171 milyard dollara çatıb
İranda zəlzələ: Xəsarət alanların sayı 29-a çatıb
Qəsdən özünü maşınların altına atan şəxs tutuldu
Müğənni həkimdən 14 min manatını istəyir
“Azəristiliktəchizat” ASC-yə sədr təyin edildi - Foto
Talıbovların dəbdəbəli həyatı... – FOTO
Kamran Əliyev yenidən Baş prokuror təyin edildi
Bu Fondda nöqsanlar aşkarlandı
Odessanı 21 pilotsuz uçan aparatla vurublar
“Əsassız 600 manat cərimə yazırlar” - AYNA-dan ŞİKAYƏT


13.06.2018  12:38 

Uşaqları döyən müəlliməni hansı cəza gözləyir?





A+  A-

Yasamal rayonunda yerləşən “Kids Studio” bağçasında uşaqları döyən müəlliməyə qarşı ittiham irəli sürülüb.
XəzərNews.az-ın verdiyi xəbərə görə, yayılan videoda qeydə alınan faktla bağlı Yasamal Rayon Polis İdarəsində Cinayət Məcəlləsinin 133-cü (əzab vermə) maddəsi ilə cinayət işi başlanılıb. Tərbiyəçi Füruzə Tağıyeva istintaqa cəlb edilib və ifadəsi alınıb.

Ona qarşı irəli sürülən ittiham məhkəmədə sübuta yetirilərsə, müəlliməni hansı cəza gözləyir?

F.Tağıyeva 3-5 yaşlı uşaqlara qarşı fiziki təzyiq edərək əzab verdiyi üçün onun hərəkətləri bu maddənin 2-ci bəndinin 1-ci hissəsi ( iki və ya daha çox şəxsə qarşı törədildikdə) və həmin bəndin 4-cü hissəsi (aşkar surətdə yetkinlik yaşına çatmayan, habelə köməksiz vəziyyətdə olan şəxsə qarşı törədildikdə) maddələri ilə tövsif edilir. CM-nin 133-cü maddəsinin sanksiyasına görə F.Tağıyevanın bu cinayəti törətdiyi sübuta yetirilərsə, onu 2 ildən 5 ilədək azadlıqdan məhrumetmə cəzası gözləyir. Eyni zamanda, CM-nin 70-ci maddəsi tətbiq edilməklə təbiyəçiyə şərti cəza da verilə bilər.

Xəbər 1427 dəfə oxunub.




01.05.2025  16:32 

Bu Fondda nöqsanlar aşkarlandı

01.05.2025  12:34 

Mal-qara oğruları saxlanıldı


BÜTÜN XƏBƏRLƏR +