Ukraynanın dövlət borcu 171 milyard dollara çatıb
İranda zəlzələ: Xəsarət alanların sayı 29-a çatıb
Qəsdən özünü maşınların altına atan şəxs tutuldu
Müğənni həkimdən 14 min manatını istəyir
“Azəristiliktəchizat” ASC-yə sədr təyin edildi - Foto
Talıbovların dəbdəbəli həyatı... – FOTO
Kamran Əliyev yenidən Baş prokuror təyin edildi
Bu Fondda nöqsanlar aşkarlandı
Odessanı 21 pilotsuz uçan aparatla vurublar
“Əsassız 600 manat cərimə yazırlar” - AYNA-dan ŞİKAYƏT


14.05.2018  17:09 

Biabırçı statistika - 4 oyuna cəmi 4910 azarkeş gəldi





A+  A-

Azərbaycan Premyer Liqasının 27-ci turu üçün azarkeş sayı bəlli olub.
XəzərNews.az xəbər verir ki, turda ən yüksək göstərici "İnter Arena”da qeydə alınıb. Cəmi 2000 tamaşaçı "Keşlə”nin çempion "Qarabağ”ı darmadağın (3:0) etdiyi matçın canlı şahidi olub.

Ən aşağı göstərici isə Mərdəkanda, "Dalğa Arena”da qeydə alınıb. Burda keçirilmiş "Neftçi” - "Səbail” qarşılaşmasını (3:1) cəmi 500 azarkeş izləyib.

Digər oyunlardan Sumqayıtda keçirilmiş "Sumqayıt” - "Qəbələ” matçında (0:2) 1300, Zirə İdman Kompleksinin stadionunda baş tutmuş "Zirə” - "Kəpəz” oyununda (2:1) isə 1110 azarkeş qeydə alınıb.

Ümumilikdə, turun 4 oyununu 4910 tamaşaçı izləyib ki, bu da, hər oyuna orta hesabla 1227 nəfər deməkdir.

Xəbər 1855 dəfə oxunub.



01.05.2025  16:32 

Bu Fondda nöqsanlar aşkarlandı

01.05.2025  12:34 

Mal-qara oğruları saxlanıldı


BÜTÜN XƏBƏRLƏR +