Ukraynanın dövlət borcu 171 milyard dollara çatıb
İranda zəlzələ: Xəsarət alanların sayı 29-a çatıb
Qəsdən özünü maşınların altına atan şəxs tutuldu
Müğənni həkimdən 14 min manatını istəyir
“Azəristiliktəchizat” ASC-yə sədr təyin edildi - Foto
Talıbovların dəbdəbəli həyatı... – FOTO
Kamran Əliyev yenidən Baş prokuror təyin edildi
Bu Fondda nöqsanlar aşkarlandı
Odessanı 21 pilotsuz uçan aparatla vurublar
“Əsassız 600 manat cərimə yazırlar” - AYNA-dan ŞİKAYƏT


01.07.2017  10:46 

Hacı Cavad məscidi bu ünvanda tikiləcək





A+  A-

Bakı şəhəri, Yasamal rayonu, Abdulla Şaiq küçəsi-79 ünvanında yerləşən Hacı Cavad məscidinin sökülməsi və yeni ünvanda tikilməsi ilə bağlı məsələyə aydınlıq gətirilib.
XəzərNews.az xəbər verir ki, Yasamal rayon İcra Hakimiyyəti başçısının birinci müavini Səməd İslamov APA-ya bildirib ki, ötən gecə sökülən məscid tezliklə yeni ünvanda və inşaat baxımından ən müasir standartlara cavab verən formada tikiləcək.

S. İslamov məscidin tikiləcəyi yeni ünvanı da açıqlayıb. O qeyd edib ki, bu, "Azərbaycan" Nəşriyyatının yanında, Abbas Mirzə Şərifzadə küçəsi-1 ünvanında ayrılan ərazidir: “Nəşriyyatın yanında böyük bir sahə ayrılıb. Orada artıq bünövrə də qoyulmağa başlanıb. İşlərə yüksək səviyyədə start verilib. Məscid bütün ənənələr nəzərə alınmaqla, ən müasir qaydada tikiləcək və tezliklə istifadəyə veriləcək”.

Qeyd edək ki, ərazidəki abadlıq və yenidənqurma işləri ilə əlaqədar Hacı Cavad məscidinin sökülməsi barədə qərar orada ibadət edən bəzi şəxslərin narazılığına səbəb olub. Prezident İlham Əliyev söküntü işlərinin dayandırılması, məsələnin araşdırılması üçün xüsusi komissiyanın yaradılması barədə tapşırıb verib. Komissiya hazırkı məscidin yararsız olduğunu nəzərə alaraq rayon ərazisində yeni yerin ayrılması və möminlər üçün daha geniş məscidin tikilməsi barədə qərar qəbul edib.

Xəbər 1517 dəfə oxunub.




01.05.2025  16:32 

Bu Fondda nöqsanlar aşkarlandı

01.05.2025  12:34 

Mal-qara oğruları saxlanıldı


BÜTÜN XƏBƏRLƏR +