Ukraynanın dövlət borcu 171 milyard dollara çatıb
İranda zəlzələ: Xəsarət alanların sayı 29-a çatıb
Qəsdən özünü maşınların altına atan şəxs tutuldu
Müğənni həkimdən 14 min manatını istəyir
“Azəristiliktəchizat” ASC-yə sədr təyin edildi - Foto
Talıbovların dəbdəbəli həyatı... – FOTO
Kamran Əliyev yenidən Baş prokuror təyin edildi
Bu Fondda nöqsanlar aşkarlandı
Odessanı 21 pilotsuz uçan aparatla vurublar
“Əsassız 600 manat cərimə yazırlar” - AYNA-dan ŞİKAYƏT


09.03.2017  13:14 

Hökumətdən daha bir islahat: Dövlət komitəsi nazirliyə birləşdirilir





A+  A-

Nəqliyyat Nazirliyinin ləğvindən sonra sonra bir neçə nazirlik və dövlət komitəsinin ləğvi, bəzilərinin isə səlahiyyətlərinin məhdulaşdırılması üzrə təkliflər paketi hazırlanır.
XəzərNews.az bildirir ki, bu barədə istiqlal.az-a hakimiyyətdəki mənbələrdən məlumat daxil olub.

Mənbənin sözlərinə görə, ölkənin neft gəlirlərinin azalması və qlobal iqtisadi böhranın artıq Azərbaycanda hiss olunması hökuməti dövlət xərclərini azaltmağa və ixtisarlara məcbur edir: “Ümumiyyətlə, neft gəlirlərinin kəskin azalması yeni siyasi-iqtisadi situasiya yaradıb. Bu mərhələdə hökumətdə həm strukur, həm də hakimiyyət komandasının yeniləşməsini qaçılmaz edir. Mümkündür ki, hökumətin tərkibi 40-50 faiz yeniləşsin və oliqarxları texnkokratlar əvəzləsin”.

Məlumatlara görə, Diasporla ilə iş üzrə Dövlət komitəsinin ləğvi, səlahiyyətlərinin Xarici İşlər Nazirliyinə verilməsi nəzərdə tutulur. XİN-in strukturunda da, müəyyən dəyişiklik və nazir Elmar Məmmədyarovun yeni nazirlə əvəzlənməsi gözlənilir.

Mənbə onu da bildirir ki, XİN başçısı Elmar Məmmədyarov və Diasporla ilə iş üzrə Dövlət komitəsinin sədri Nazim İbrahimovun adı hakimiyyətin qara siyahısındadır. Hakimiyyət həm bu arzuolunmaz şəxslərlə üzlüşmək, həm struktur dəyişikliyini eyni anda həyata keçirməkdə israrlıdır.

Bir qədər əvvəl Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi və Satınalmalar üzrə Dövlət Agentliyi, Nəqliyyat Nazirliyi ləğv edilib, Dövlət Sosial Müdafiə Fondu isə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeçiliyinə verilib.

Xəbər 2664 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

01.05.2025  16:32 

Bu Fondda nöqsanlar aşkarlandı

01.05.2025  12:34 

Mal-qara oğruları saxlanıldı


BÜTÜN XƏBƏRLƏR +