Ukraynanın dövlət borcu 171 milyard dollara çatıb
İranda zəlzələ: Xəsarət alanların sayı 29-a çatıb
Qəsdən özünü maşınların altına atan şəxs tutuldu
Müğənni həkimdən 14 min manatını istəyir
“Azəristiliktəchizat” ASC-yə sədr təyin edildi - Foto
Talıbovların dəbdəbəli həyatı... – FOTO
Kamran Əliyev yenidən Baş prokuror təyin edildi
Bu Fondda nöqsanlar aşkarlandı
Odessanı 21 pilotsuz uçan aparatla vurublar
“Əsassız 600 manat cərimə yazırlar” - AYNA-dan ŞİKAYƏT


16.08.2024  14:39 

Xırdalanda “Cinayətkarlığa qarşı mübarizə“ adlı növbəti tədbir keçirilib -Foto





A+  A-

Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi, “XXI Əsrin Qadınları” İctimai Birliyinin təşkilatçılığı ilə "Cinayətkarlığa qarşı mübarizə" adlı növbəti maarifləndirici tədbir keçirilib.

Xəzərnews.az xəbər verir ki, Xırdalan şəhərində baş tutan budəfəki görüşdə DİN-in İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsinin Xüsusilə mühüm işlər üzrə baş əməliyyat müvəkkili polkovnik-leytenant İbrahim Əhmədov, Abşeron Rayon İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Vüqar Bəşirov, "XXI Əsrin Qadınları" İctimai Birliyinin sədri, layihə rəhbəri Mahirə Əmirhüseynova məruzələrlə çıxış ediblər.

Müxtəlif sosial kateqoriyadan olan insanların dəvət edildiyi tədbirdə çıxışçılar insan alverinə qarşı mübarizənin əsas istiqamətləri və normativ hüquqi bazası haqda danışıblar. Onlar insanların istismar edilməsinin forma və üsulları, insan alverinin profilaktikası, buna qarşı mübarizənin hüquqi və təşkilati əsasları haqda məruzə ediblər, habelə insan alveri qurbanlarının hüquqi vəziyyəti, qurbanların müdafiəsi və onlara yardım göstərilməsinin mümkün yolları barədə təlimatlar veriblər. İnsan alverinin doğurduğu təhlükələr və bu cinayətlərdən qorunmaq barədə diskussiya aparılıb.

Tədbir daha sonra söhbət-disput şəklində davam edib. //İki Sahil







Xəbər 5128 dəfə oxunub.




01.05.2025  16:32 

Bu Fondda nöqsanlar aşkarlandı

01.05.2025  12:34 

Mal-qara oğruları saxlanıldı


BÜTÜN XƏBƏRLƏR +