“DOST“ 3.3 milyonluq tenderini də bu şirkətə verdi
Xəstənin ayaqları göydə... - Həkimlər bunu da etdi
Ukrayna “Lukoyl” Neft Emalı Zavodunu vurdu
FHN “Xəmsə” şadlıq evinin fəaliyyətini dayandırdı
Xəzər Universitetinə rektor əvəzi təyin olunub
Ruslar Donetsk və Kurskda irəliləyirlər - Açıqlama
Bazar ertəsi yaxşı xəbər olacaq - Tramp
Bəşir Süleymanlı həbs edilib
Onlar Baş Prokurorluğa çağırılıb?
Saxta dollar satan dəstə üzvləri saxlanıldı


20.06.2017  14:56 

Maşın bazarında anormallıq - Alıcı azalır, qiymət bahalaşır





A+  A-

Müşahidələrimiz göstərir ki, avtomobil bazarında durğunluq dövrü yaşanır. Amma əhalinin gəlir yerlərinin ciddi şəkildə məhdudlaşdığı bir zamanda ikinci əl avtomobillərin qiymətinin artması ilə bağlı bəzi məlumatlar yayılmaqdadır. Hazırda avtomobil bazarında vəziyyət necədir?
Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin sədri Ramil Osmanlı açıqlamasında deyib ki, avtomobil bazarında qiymətlərin qalxması son 1-2 ayın prosesləri deyil.

“Hazırda avtomobillərin qiyməti stabilləşməyə doğru gedir. Aparılan tədqiqatlar göstərir ki, son 1 il ərzində ikinci əl avtomobillərin qiymətində əvvəlki illərlə müqayisədə artım olub. 2000-ci ilə qədər istehsal olunmuş avtomobillərdə 10-15 faiz, 2000-2009-ci illərdə istehsal olmuş avtomobillərdə 20 faizə qədər, 2009-2015-ci illərdə istehsal olunan avtomobillərdə isə 20-30 faiz arasında qiymət artımı baş verib. Hazırda maşın bazarında alıcı qıtlığı müşahidə edilir. Avropa istehsalı olan maşınlara təlabat isə Rusiya istehsalı olanlardan daha çoxdur”.

Ekspert bildirib ki, ölkəyə idxalın məhdudlaşması istismarda olan nəqliyyat vasitələrinin qiymətinə təsir göstərir.
“Bu artıq baş verib. Məsələn, 2013-2014-cü illərdəki göstəricilərlə müqayisədə hazırda idxal 10 dəfə azalıb. 2016-ci ildəki göstəricilərlə müqayisədə isə indiki idxal 5-6 dəfə azalıb. Ölkəyə idxalın azalması avtomobil bazarına da öz təsirini göstərib. Əvvəlki illərlə müqayisə etsək, avtomobil alanların sayında da xeyli azalma müşahidə olunur. Mən hesab edirəm ki, bundan sonrakı dövrdə avtomobillərin qiymətində elə bir ciddi artım müşahidə olunmayacaq. Çünki təkrar avtomobil bazarı üzrə avtomobil parkı qocalmağa doğru gedir. Yəni ölkədə olan avtomobillərin ili köhnəlir, istər-istəməz onların qiyməti azalacaq. Hazırda isə heç bir avtomobilin qiymətində azalma müşahidə olunmur. Sadəcə olaraq stabilləşmə var”.

(modern.az)

Xəbər 1042 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

14.03.2025  22:13 

Bəşir Süleymanlı həbs edilib

14.03.2025  16:11 

Novruzda əfv olacaqmı?

14.03.2025  15:37 

“Rusiya İranı məhvə aparır”

14.03.2025  12:22 

Xanım məmur həbs olundu


BÜTÜN XƏBƏRLƏR +