Moskvanın mərkəzində otel yanır -VİDEO
DİN vətəndaşlara xəbərdarlıq etdi
Mehdiyevin Xızıdakı villası: Görüntülər paylaşıldı-VİDEO
Milyarder Fərhadın “AzNar”ı bağlandı
Hospitalın vəzifəli şəxsləri həkimin pulunu oğurlayıblar
Kimlər daha az vergi ödəyəcək? - Nazir
Sabah Bakıda 22 dərəcə isti olacaq
Hökumət düşünürmü, nəsə etmək istəyirmi?! - Ekspert
Eyni kabinetdə 13 il: Bəs deyil?
Araz Musayevi bıçaqlayan həbsdən azad edildi


17.06.2020  10:07 

Bağlanan bankın bəzi əmanətçilərinə pul qaytarılmır





A+  A-

Azərbaycanda bağlanan daha bir bankda əmanətçilərin bir hissəsi xoşagəlməz sürprizlə qarşılaşıblar.
XəzərNews.az FED.az-a istinadəmn xəbər verir ki, AMB-nin qərarı ilə lisenziyası ləğv olunan və müflis elan edilən "NBC Bank"ın bir sıra əmanətçilərinə bildirilib ki, onların əmanətləri sığortalanmayıb. Səbəbi odur ki, onlar banka əmanət qoyduğu müddətdə artıq "NBC Bank"a əmanət qəbul etmək qadağan edilibmiş.

Əmanətçilərə indi məlum olub ki, 2020-ci il yanvarın 27-dən etibarən Mərkəzi Bank "NBC Bank"ı əmanət qəbul etməyi qadağan edib, amma bank bu qadağaya baxmayaraq əmanət qəbul etməkdə davam edib. Nəticədə həmin tarixdən sonra banka pul yatıran 100-dən çox əmanətçi indi əmanətini ala bilmir.

Əmanətçilər bildirir ki, azı 100 nəfər banka məhz bu tarixdən sonra əmanət yatırıb.

Bankın əmanətçisi İlqar İmanov bildirib: "Mən aprelin 1-də banka 30 min manat yerləşdirmişdim, ama indi banka gedirəm, mənə deyirlər ki, həmin vaxt bankın əmanət götürmək hüququ olmayıb və qaytarıla bilməyəcək. Məndən başqa da banka həmin vaxtlarda, məsələn mart ayında 12 min manat, 20 min manat və sair məbləğdə əmanət yatıranlar var. Onlar da pullarını ala bilmirlər. Biz haradan bilə bilərik ki, banka əmanət yatırmaq qadağan edilib, banknı özü bunu bildirməyibsə, biz necə bilək? İstəyirik ki, Mərkəzi Bank və fond məsələyə aydınlıq gətirsin və pulumuz qaytarılsın".

Xəbər 3808 dəfə oxunub.




19.11.2025  12:29 

Eyni kabinetdə 13 il: Bəs deyil?

19.11.2025  12:26 

Həyatımda sevdiyim biri var

19.11.2025  12:24 

Avtobusda ölüm hadisəsi

19.11.2025  10:46 

Xalq artisti vəfat etdi

18.11.2025  16:37 

Baş nazir qərar imzaladı


BÜTÜN XƏBƏRLƏR +