Hafiz Həsənov ev dustağı oldu
İsmayıllıda intihar hadisəsi baş verib
Əbülfəz Səricanov DTX tərəfindən saxlanıldı
Yol polisi radara düşdü, cərimə vətəndaşa gəldi
Mövqelərimiz atıcı silahlardan atəşə tutuldu
Mövqelərimiz Keşişkənd istiqamətindən atəşə tutuldu
Seyran Səxavət Məleykə Abbaszadəyə şərt qoydu
İmamoğlu kimi itin-qurdun yanında olan... - Deputat
“Ortada hüquqi dövlət yoxdur“ - İncə
Türkiyədə tələbələr ayağa qalxdı - Video


21.02.2018  12:21 

Azərbaycanda çay məcrasından çıxdı - Evlər təhlükədə





A+  A-

Ağsuçayın Ağsu rayonu ərazisindən keçən hissəsi rayonun bəzi ərazilərində evlərə təhlükə yarada bilər.
XəzərNews.az xəbər verir ki, bu barədə Trend-ə açıqlamasında Ağsu Rayon İcra Hakimiyyəti başçısının müavini İqbal Mikayılov məlumat verib.

Onun sözlərinə görə, Ağsuçay artıq məcrasından çıxıb: "Hər il havalar yağıntılı keçərkən çayın suyu artdıqca bəndləri zədələyirdi. Son vaxtlar yağan yağışlar nəticəsində isə çay məcrasından çıxıb və bəndləri yuyub. Bu da çay kənarında yerləşən evlərə təhlükə yaradıb. Hələlik evlərdə subasma faktı yoxdur, sadəcə təhlükəli vəziyyət yaranıb və hər an bu təhlükə arta bilər".

İ.Mikayılov bildirib ki, məsələ ilə bağlı Ağsu Rayon İcra Hakimiyyəti "Meliorasiya və Su Təsərrüfatı" Açıq Səhmdar Cəmiyyətinə müraciət edib və problemin qarşısının alınmasını xahiş edib.

Xəbər 4142 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

21.03.2025  11:59 

Hafiz Həsənov ev dustağı oldu


BÜTÜN XƏBƏRLƏR +