Vatikan Zelenskiyə görə protokolu pozdu
Bu ölkələr arasında döyüşlər başladı? -VİDEO
İranda təkrar partlayış olub -VİDEO
Prezident Çinlə viza rejiminin ləğvinə münasibət bildirib
BakuBus sürücüsü piyadanı döyüb -VİDEO
Şavkat Mirziyoyev İlham Əliyevə zəng edib
“Dünəndən ev, ailə, uşaqlarla maraqlanıram“
Dünya liderləri Roma Papası Fransisklə vidalaşır
Ərdoğan gələn ay Azərbaycana səfər edəcək
Daha 3 şəxs Rusiyadan Azərbaycana ekstradisiya olundu


28.12.2023  10:42 

Münasibətlərdəki çətinliklər müvəqqətidir - Lavrov





A+  A-

Rusiya ilə Ermənistan arasında münasibətlərdəki çətinliklər müvəqqətidir və iradə olarsa, həll olunacaq.

Xəzərnews.az xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov 2023-cü ilin yekunlarına dair TASS-a eksklüziv müsahibəsində deyib.

Nazirin sözlərinə görə, Rusiya-Ermənistan əlaqələrinin davamlı və sistemli inkişafı ortaq dəyərlərə və vahid mədəni koda malik iki dövlətin xalqlarının fundamental maraqlarına cavab verir.

“Moskva və İrəvan arasında ticarət-iqtisadi əlaqələr və sənaye dialoqu təsirli templə inkişaf edir. Bu, iki ölkə arasında münasibətlərin bünövrəsidir, həm də Ermənistan iqtisadiyyatının davamlılığı və Ermənistan əhalisinin rifahı üçün ən mühüm yardımdır”, - Lavrov bildirib.

O vurğulayıb ki, son illərdə Ermənistanın ÜDM-nin sürətli artımı əsasən Rusiya ilə əməkdaşlıq və Yerevanın Avrasiya İqtisadi İttifaqına üzvlüyü ilə bağlıdır.

“Gələn il Ermənistan Aİİ-yə sədrlik edəcək. Biz həmkarlarımıza uğurlar arzulayırıq”, - deyə Rusiya XİN rəhbəri əlavə edib.

Xəbər 906 dəfə oxunub.




BÜTÜN XƏBƏRLƏR +