Vatikan Zelenskiyə görə protokolu pozdu
Bu ölkələr arasında döyüşlər başladı? -VİDEO
İranda təkrar partlayış olub -VİDEO
Prezident Çinlə viza rejiminin ləğvinə münasibət bildirib
BakuBus sürücüsü piyadanı döyüb -VİDEO
Şavkat Mirziyoyev İlham Əliyevə zəng edib
“Dünəndən ev, ailə, uşaqlarla maraqlanıram“
Dünya liderləri Roma Papası Fransisklə vidalaşır
Ərdoğan gələn ay Azərbaycana səfər edəcək
Daha 3 şəxs Rusiyadan Azərbaycana ekstradisiya olundu


17.11.2023  14:51 

DABF həmtəsisçiləri İsveçin Azərbaycandakı səfiri ilə görüşüblər - Fotolar





A+  A-

Dünya Azərbaycanlılarının Beynəlxalq Fondunun (DABF) həmtəsisçiləri - Hikmət Cavadov və Emil Mirzəyev Nobel qardaşlarının Azərbaycandakı irsinin 150-ci ildönümü münasibətilə isveçli yazıçı və tarixçi Benqt Yanqfeldtin “Nobel qardaşları. İsveçli ixtiraçılar nəhəng sənaye imperiyalarını necə yaratdılar” adlı kitabının Bakıda keçirilən təqdimatında iştirak ediblər.

Xəzərnews.az xəbər verir ki, Nobel Qardaşlarının Ev Muzeyində keçirilən təqdimat zamanı DABF həmtəsisçiləri İsveç Krallığının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Tobias Lorentzsonla görüşüblər.

Səfirin diqqətinə çatdırılıb ki, Dünya Azərbaycanlıları Beynəlxalq Fondu İsveçdə qeydiyyatdan keçib və aktiv fəaliyyət göstərir.

Qeyd edək ki, tədbirdə “Nobel qardaşları. İsveçli ixtiraçılar nəhəng sənaye imperiyalarını necə yaratdılar” adlı kitabın müəllif Benqt Yanqfeldt nəşr haqqında məlumat verib.

Vurğulanıb ki, bu kitabın Nobellərin Azərbaycandakı irsinin 150 illiyinin qeyd edilməsi məqsədilə Azərbaycan dilində nəşr olunması İsveçin Biznes Tarixi Mərkəzi (CfN), İsveçin Bakıdakı səfirliyi və Azərbaycanın bu ölkədəki səfirliyinin birgə təşəbbüsüdür.

Sonra çıxış edən Bakı Nobel İrsi Fondunun sədri Sevinc Bağırova kitab haqqında fikirlərini bölüşüb. O, kitabın müəllifi Benqt Yanqfeldtə səmimi təşəkkürünü ifadə edib.

Təqdimatdan sonra Tobias Brinqholm və Daniel Ottoson tərəfindən eyni kitab əsasında çəkilmiş film nümayiş olunub.











Xəbər 1575 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +