Bu yolda sürət həddi 20 km/saat endirilib
Pezeşkianın Bakı səfərində dəyişiklik
Nazirlik 492 müəllimi işdən çıxartdı
“VMR Klinikası”nın rəhbəri ilə bağlı ilginc faktlar
Rusiya heç bir hazırlıq nümayiş etdirmir - Zelenski
KOBİA İdarə Heyətinin sədrinə I müavin təyin edildi
Ermənilər mövqelərimizi atıcı silahlardan atəşə tutub
Sabiq icra başçısının Avropada biznesi üzə çıxdı
Son 2 gün: Kartlardan 12 min manat oğurlandı
Prezident konfrans iştirakçılarına müraciət etdi


05.11.2018  18:34 

Şagirdlər buraxılış imtahanında esse yazmayacaq





A+  A-

2018-2019-cu tədris ili üzrə orta məktəblərdə keçiriləcək buraxılış imtahanlarında şagirdlərin ayrıca esse yazma bacarığı yoxlanılmayacaq.
XəzərNews.az Trend-ə istiinadən xəbər verir ki, Dövlət İmtahan Mərkəzinin şöbə müdiri Natiq Əliyev deyib.

Onun sözlərinə görə, buraxılış imtahanlarının yeni modelində şagirdlərin fənlər üzrə, xüsusilə ana dili üzrə kifayət qədər yazılı suallar cavablandırması nəzərdə tutulub.

“Məsələn, 9-cu sinifdə ana dili fənnində 2 mətn üzrə 20 tapşırıq var. Onların 10-u yazı tələb edən suallardır. Bu ildən 9-cu siniflər üçün 3-cü - xarici dil də imtahan fənlərinin siyahısına daxil edilib. Xarici dil üzrə şagirdlərin həm dinləyib-anlama, həm də yazı bacarıqları yoxlanılacaq. Hesab edirik ki, ayrıca bir esse yazılaraq yazı bacarığının yoxlanılmasına ehtiyac qalmayıb. Ona görə də yeni modeldə essenin yazılması nəzərdə tutulmayıb”.

N.Əliyev qeyd edib ki, 11-ci sinifdə də ana dili fənnindən 2 mətn üzrə olan 20 sualın 10-u sırf şagirdlərin yazı bacarığının yoxlanılmasını nəzərdə tutan tapşırıqlardır: “Ona görə də yeni modeldə essenin yazılması artıq öz aktuallığını itirir. Bu səbəbdən yeni buraxılış imtahanı modelində essenin yazılması nəzərdə tutulmayıb”.

Qeyd edək ki, Azərbaycanda 2017-ci ildən başlayaraq, 9-cu sinif şagirdləri buraxılış imtahanını yeni model-kurrikulum proqramı əsasında verdikləri üçün esse yazırlar. 2019-cu ildən isə 11-ci sinif şagirdləri ilk dəfə olaraq, buraxılış imtahanını yeni qaydalarla verəcəklər.

Xəbər 1213 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +