Vatikan Zelenskiyə görə protokolu pozdu
Bu ölkələr arasında döyüşlər başladı? -VİDEO
İranda təkrar partlayış olub -VİDEO
Prezident Çinlə viza rejiminin ləğvinə münasibət bildirib
BakuBus sürücüsü piyadanı döyüb -VİDEO
Şavkat Mirziyoyev İlham Əliyevə zəng edib
“Dünəndən ev, ailə, uşaqlarla maraqlanıram“
Dünya liderləri Roma Papası Fransisklə vidalaşır
Ərdoğan gələn ay Azərbaycana səfər edəcək
Daha 3 şəxs Rusiyadan Azərbaycana ekstradisiya olundu


05.11.2018  16:09 

“Düz yolda olduğumuzu bilirik” - Eşşək fermasından cavab





A+  A-

Xəbər verdiyimiz kimi, Qida Təhlükəsizliyi Agentliyi eşşək fermasındakı yoxlamalarla bağlı açıqlama yayıb. Açıqlamada laboratoriyaya təqdim olunmuş pasterizə edilmiş ulaq südündə insan sağlamlığı üçün zərərli hesab olunan bakteriya (S.aureus) aşkar edildiyi bildirilib.
XəzərNews.az-ın məlumatına görə, Agentlik sözügedən təsərrüfat subyektinə süd istehsalının və emalının dayandırılması ilə bağlı xəbərdarlıq edildiyini bildirsə də, ferma əməkdaşı Xəyal Cəlalov “Qafqazinfo”ya analizlərin cavablarının onlara təqdim olunmadığını və bu barədə mediadan məlumat aldığını söyləyib:

“Biz də bu haqda məlumatı internetdən öyrənmişik. Bu günə kimi bizə agentlik tərəfindən heç nə deyilməyib, məktub göndərilməyib və ya hər hansı bir məsləhət almamışıq. Siz bizdən tez bilmisiz. Əgər doğrudan da bakteriya varsa, aradan qaldırılacaq. Qurum bizdən problemlərin aradan qaldırılaraq yenidən analiz verilməsini istəyir. Biz bunu etməyə hazırıq. Özümüz də başqa laboratoriyalar vasitəsilə araşdıracağıq.

Biz işimizdə israrlıyıq, işimiz təmizdir. Düz yolda olduğumuzu bilirik. Hansı prosedurlardan keçmək lazımdırsa, biz hazırıq. Agentlikdən müsbət cavab alana kimi işimizi davam etdirəcəyik”.

Qida Təhlükəsizliyi Agentliyinin mətbuat katibi Mənsur Priyev “Qafqazinfo”ya bildirib ki, mətbuatla yanaşı fermaya da cavablar göndərilib”.

Xəbər 1663 dəfə oxunub.




25.04.2025  11:21 

18 yaşın mübarək, Qaynarinfo!


BÜTÜN XƏBƏRLƏR +