Vatikan Zelenskiyə görə protokolu pozdu
Bu ölkələr arasında döyüşlər başladı? -VİDEO
İranda təkrar partlayış olub -VİDEO
Prezident Çinlə viza rejiminin ləğvinə münasibət bildirib
BakuBus sürücüsü piyadanı döyüb -VİDEO
Şavkat Mirziyoyev İlham Əliyevə zəng edib
“Dünəndən ev, ailə, uşaqlarla maraqlanıram“
Dünya liderləri Roma Papası Fransisklə vidalaşır
Ərdoğan gələn ay Azərbaycana səfər edəcək
Daha 3 şəxs Rusiyadan Azərbaycana ekstradisiya olundu


21.02.2018  17:54 

Qrenlandiyada buzun altında məxfi ABŞ bazası tapılıb





A+  A-

Qrenlandiyada 35 metr qalınlıqda olan qar təbəqəsinin əriməsindən sonra “Əsr” düşərgəsi – ABŞ-ın son dərəcə məxfi sayılan raket bazası aşkarlanıb.
XəzərNews.az xəbər verir ki, düşərgə 1967-ci ildə bağlanıb.

Hərbçilər onu SSRİ-yə qarşı müharibəyə hazırlıq məqsədilə istifadə edib. “Buz altında şəhər” adı ilə tanınan və ümumilikdə üç kilometr uzunluqda olan tunellər şəbəkəsindən ibarət olan baza 200-dən çox hərbçi üçün nəzərdə tutulub.

Hərbçilərin düşərgədə yaşaması üçün hər cür şərait, o cümlədən mağaza, xəstəxana, kiçik kilsə, hətta kinoteatr belə olub.

Ancaq 1967-ci ildə buzlağın ərimə təhlükəsi ortaya çıxdıqdan sonra ABŞ bazadan imtina edib. Belə ki, mühəndislər onun divarlarının uça biləcəyindən ehtiyat edib.

“The Daily Star”ın məlumatına görə, düşərgədə bioloji, kimyəvi və radioaktiv tullantılar qalmaqdadır. Baza ərazisi buz təbəqəsindən tam azad olunarsa, həmin zərərli maddələr atmosferi çirkləndirə bilər.

Xəbər 1498 dəfə oxunub.



25.04.2025  11:21 

18 yaşın mübarək, Qaynarinfo!


BÜTÜN XƏBƏRLƏR +