Vatikan Zelenskiyə görə protokolu pozdu
Bu ölkələr arasında döyüşlər başladı? -VİDEO
İranda təkrar partlayış olub -VİDEO
Prezident Çinlə viza rejiminin ləğvinə münasibət bildirib
BakuBus sürücüsü piyadanı döyüb -VİDEO
Şavkat Mirziyoyev İlham Əliyevə zəng edib
“Dünəndən ev, ailə, uşaqlarla maraqlanıram“
Dünya liderləri Roma Papası Fransisklə vidalaşır
Ərdoğan gələn ay Azərbaycana səfər edəcək
Daha 3 şəxs Rusiyadan Azərbaycana ekstradisiya olundu


12.02.2025  13:52 

Xudayar Yusifzadənin anasını təhqir edən bloger həbs olundu





A+  A-

Vətən müharibəsi şəhidi Xudayar Yusifzadənin anası Radə Qurbanovanı sosial şəbəkələrdə təhqir edən şəxs həbs edilib.

XəzərNews.az Qaynarinfo-ya istinadla xəbər verir ki, Radə Qurbanovanın şikayəti əsasında 1993-cü il təvəllüdlü Vüqar İ. saxlanılaraq, barəsində İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə protokol tərtib edilib və iş məhkəməyə göndərilib.

Məhkəmədə məlum olub ki, "TikTok" sosial şəbəkəsində "Şah_əmlak" adı ilə qeydiyyatdan keçən əmlak blogeri Vüqar evlərin alqı-satqısı ilə bağlı elanlar yerləşdirib.

Vüqarın profilində Radə Qurbanova və digər şəhid analarının barəsində xoşagəlməz şərhlər yazılıb. Radə Qurbanova əmlak blogerinə zəng edərək, öz etirazını bildirib və barəsində şikayət edəcəyini deyib. Sonuncu heç kimdən qorxmadığını və baş vermiş hadisə ilə bağlı izahat verməyəcəyini şəhid anasına deyib.

Radə Qurbanovanın şikayəti əsasında saxlanılan Vüqar məhkəmədə ondan və bütün şəhid ailələrindən üzr istəyib. İşlətdiyi əmlak ofisində 4 nəfər işçisisinin olduğunu, həmin əməkdaşlarından kiminsə onun telefonu vasitəsi ilə "TikTok"da profilindən istifadə edərək, şəhid anaları barədə xoşagəlməz ifadələr yazdığını deyib. Xudayar Yusifzadənin anası isə Vüqarın cəzalandırılmasını məhkəmədən xahiş edib.

Məhkəmənin qərarı ilə "Şah_əmlak"ın sahibi İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə təqsirli bilinib və 10 gün müddətinə inzibati qaydada həbs edilib.


Xəbər 3508 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +