“Hər şey gözəl olacaq“ dedi, həbs olundu
Evi qızıl və pula görə yandırıbkar - VİDEO
Londonda Novruz bayramı qeyd edildi - Fotolar
Məşhur narkokuryer 13 kq narkotiklə ələ keçdi
“O təhqirləri öz anama edilmiş kimi qəbul edirəm” - Özgür Özel
İsrail Yəmən və Qəzza zolağından hücum edib
Ukrayna Rusiya ilə tam atəşkəs ideyasını dəstəkləyir - Səfir
“TikTok“er 10 sutkalıq həbs olundu
Elnarə Abdullayevanın 4 milyona tikdirdiyi villası - VİDEO
Neftin qiyməti bəlli oldu


30.08.2018  17:05 

“Suriyaya kimyəvi hücum hazırlıqları gedir” - Rusiya açıqladı





A+  A-

Suriyaya kimyəvi hücumla bağlı hazırlıqlar gedir.
XəzərNews.az xəbər verir ki, bunu Rusiya XİN-nin rəsmi nümayəndəsi Mariya Zaxarova deyib. Onun sözlərinə görə, terrorçular kimyəvi hücumu “ağ dəbilqəlilər”in dəstəyi ilə etməyə hazırlaşır. Diplomat bildirib ki, 23-24 avqust tarixlərində İdlibin Cis Əs-Şuuqur şəhərinə xlorla dolu 8 çəllək gətirilib və yaylım atəşi açan reaktiv silahlar bu xlorla doldurulacaq.

Qeyd edək ki, “ağ dəbilqəlilər” Böyük Britaniya, Almaniya, Danimarka, Qətər, ABŞ, Niderland və Yaponiya tərəfindən maliyyələşdirilən, Suriyada fəaliyyət göstərən qeyri-hökumət təşkilatıdır. Təşkilata müxalifətçi qruplaşmaların nəzarət etdiyi deyilir. Məqsədi döyüşlər zamanı zərər çəkən əhaliyə tibbi yardım göstərməkdir. Lakin Bəşər Əsəd hökuməti, Rusiya və İran “ağ dəbilqəliləri” səhnələşdirilmiş videolar yaratmaq və terror qruplaşmaları ilə əlaqədə ittiham edir.

Xəbər 1473 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

25.03.2025  11:56 

Mən müəlliməm…

25.03.2025  11:34 

Neftin qiyməti bəlli oldu

24.03.2025  20:41 

Ramazan ayının 25-ci günü

24.03.2025  18:57 

Parisdə Novruz qeyd olundu - Foto

24.03.2025  13:00 

Sabah hava necə olacaq?

23.03.2025  13:12 

Onların saatı 37 min AZN-dir...


BÜTÜN XƏBƏRLƏR +