Şeyx bayram namazında niyə iştirak etməyib? - AÇIQLAMA
Kişini cinsiyyət orqanından bıçaqladılar
Azərbaycanda Ramazan bayramı qeyd olunur
İmamoğlu üçün 2.2 milyon bir araya gəldi
Prezidentdən Ramazan bayramı paylaşımı - Foto
Kartof niyə sürətlə bahalaşır?
Kanalda batan 17 yaşlı qızın meyiti tapılıb
Ərdoğan İlham Əliyevə təbrik məktubu göndərib
Alatavada evi uçuran sürücü də həbs edildi
Prezident Şəfiqə Məmmədovanı qəbul edib


27.03.2025  11:30 

Regionumuzda hər an hərbi eskalasiyaya start verən proseslər dövrü başlayıb





A+  A-

Regionumuzda gərgin, hər an hərbi eskalasiyaya təkan verən proseslər dövrü başlayıb. Dünyanın iki ən böyük hərbi toqquşmasının- Ukraynadakı müharibə və Yaxın Şərqdə İsrail-Fələstin münaqişəsinin kəsişmə xətti Cənubi Qafqazdan, xüsusilə Azərbaycandan keçir. İsrail-Fələstin münaqişəsinin müasir mərhələsinin səbəbkarı olan İranın həm İraq, həm də Suriya ilə əlaqələri proksi qüvvələrinin zəifləməsinə baxmayaraq qalır. İranın bu regionlara yenidən xüsusi münasibətinin baş qaldıracağı ehtimalının çox böyük olduğu dövrdə istənilən anda Cənubi Qafqaz qaynaya bilər. Bu tək Cənubi Qafqazın ətrafında deyil, Cənubi Qafqazın daxilində ciddi risklər yaranır.

Paşinyan Azərbaycanla sərhəd delimitasiyasını mümkün qədər yubadır. Gürcüstanla sərhəd delimitasiyasını başa çatdırmaqla bağlı vəd verdi. Vəddən minimum altı ay keçir, heç bir iş görülməyib. Bu, Azərbaycanla da bağlı belədir. Əslində erməninin siyasətinin spesifikliyindən irəli gələn məsələdir. Erməni elitasının tarixən aparıcı elementi konfliktogenlik olub. Konfliktogenliyin davamı üçün mütləq müəyyən bəhanələr olmalıdır. Bu Sasanilərin sarayından başlamış İranın daxilində Avarayr müharibəsi ilə başa çatdı. İndi də Ermənistanın İran istiqamətində ən böyük iddiası “Şərqi Ermənistanı Rusiya işğal edib” yeni tezisidir. Guya İranın tərkibində “Şərqi Ermənistan” olub və onu da Rusiya işğal edib.

Çar Rusiyasının arxivlərində çox sayda material var ki, erməniləri Cənubi Qafqaza İran və Türkiyənin ərazisindən gətirən məhz çar Rusiyası olub. Bu gün ermənilərin fikrincə, İranın 300 km dərinliyinə qədər erməni ərazisidir. Qara kilsə, yəni müqəddəs Faddey kilsəsi və onun bütövlükdə 100-150 km radiusu ermənilərin tarixi torpağıdır.



Sonradan bu konfliktogenlik Osmanlı imperiyasının daxilində davam etdi və nəhayət “erməni soyqırımı” iddiası meydana çıxdı. Çox paradoksal yanaşmadır. Ermənilər təxminən 70 il “erməni soyqırımının” mövcudluğunu iddia etdilər. Bu gün Ermənistan milyon yarım ermənini qıran Türkiyə ilə əlaqələrin qurulmasına yalvarır. Təxminən 25-30 min erməninin qırıldığı Azərbaycanla müharibənin nəticəsi olaraq hələki Azərbaycanla münasibətləri normallaşdırmağa çalışmırlar.

Erməni konfliktogenlik sonradan SSRİ-nin daxilinə keçdi və SSRİ-nin dağılmasında vacib rol oynadı. Azərbaycana ərazi iddiasını reallaşdırması da o konfliktogenliyin ən bariz nümunələrindən biridir. İndi də təxminən buna bənzər proseslər davam edir. Yerevanda Gürcüstanın futbol komandasının azərkeşlərinin əşyaları, xüsusilə maşınlarının nömrələri oğurlandı, Teleqram kanalında ünvan, bank hesabı göstərildi ki, pul köçürün, nömrələrinizi götürün. Bunun davamı Tbilisidə keçirilən cavab oyununda artıq gürcü azərkeşlər stadiona ermənilərə hücum etdi.

Erməni konfliktogenliyinin onun-bunun əlində alət olmasının bariz nümunəsi İranla birlikdə yenidən Qarabağı tərk edən ermənilərin Qarabağa qaytarılmasının aktuallaşdırılmasıdır. Azərbaycanın torpaqlarını işğaldan azad etməsi İranın bu ağlına da gələ bilməzdi. İranın ağlına gəlməyən digər məsələ Qarabağ ermənilərinin Azərbaycan torpaqlarını tərk edəcəyidir. Bu, İran üçün regional miqyasda hədsiz dərəcədə böyük itki kimi qəbul edildi və İran indi də Qarabağ mövzusunun bitdiyini düşünmür. Hesab edir ki, Ermənistan hətta hərbi yolla Qarabağ ermənilərinin Azərbaycan ərazisinə qaytarmalıdır. Lazım olarsa İran Ermənistana kömək edəcək. Ermənistanın İrana münasibəti hiylə üzərində qurulduğu kimi İranın da Ermənistana münasibəti belədir.



Sadəcə Azərbaycana qarşı nifrət hər ikisini birləşdirir. İran da hesab edir ki, indi xeyli güclüdür. 200 il bundan əvvəl zəif olub, çar Rusiyası onun torpaqlarını işğal edib. İndi Rusiya Ukrayna müharibəsi nəticəsində xeyli zəifləyib. Rusiya Qərbi özünə düşmən edib və İranın öz torpaqlarını geri qaytarmasının vaxtdır.

Regionda digər maraqlı proses Rusiya və Türkiyənin birlikdə regional kommunikasiyaları SSRİ dövründə olduğu kimi bərpa etmək niyyətidir. Bu artıq Naxçıvanın timsalında Azərbaycanın yeni məzmunlu regional kommunikasiya qovşağına çevrilməsi anlamındadır. Moskva-Tehran dəmir yolu müəyyən dəyişikliklərlə işə düşə bilər.

Moskva-Ankara və oradan da Suriya və İraqa doğru Moskvadan dəmir yolları işləyə bilər. Bu isə artıq İranın marağında deyil. Nəticədə, İranın ərazisində Rusiya və Türkiyənin nəzarət zonaları yarana bilər. Bu da İranın tarixi üçün o qədər də təəccüblü deyil, bəlkə də vərdişidir.

Ermənistan ordusunun şəxsi heyəti eynilə Ermənistan cəmiyyətinin tərkib hissəsi kimidir. Qisasçılar, keçmiş döyüşçülər və siyasi müxalifət çarpışması ordunun da davranışını müəyyən edir.



ABŞ və İsrailin nüvə obyektlərini bombalayarkən İranın Ermənistanda Aİ-NATO monitorinq missiyasına, ABŞ-ın Ermənistanın daxilində hərbi qüvvələrinə atəş açmayacağı qeyri-mümkündür. Bəlkə Türkiyə bunu xilas edə bilər.

N.Paşinyan Ermənistanı İranla şərikli idarə olunan hala salıb və bu vəziyyətdən çıxacağı da ağıla gəlmir.

Belə vəziyyətdə olan regionu müxtəlif aspektlərdən işıqlandırmaq böyük zərurətə çevrilir və müəyyən işləri də Teleqram kanalı vasitəsilə görə biləcəyik.

Mübariz Əhmədoğlu
Siyasi İnnovasiyalar və Texnologiyalar Mərkəzinin rəhbəri
27 mart, 2025-ci il




Xəbər 1447 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

30.03.2025  14:43 

Kral İlham Əliyevi təbrik edib

29.03.2025  19:07 

Kartof niyə sürətlə bahalaşır?

29.03.2025  10:21 

Qrenlandiya ABŞ-a niyə lazımdır?


BÜTÜN XƏBƏRLƏR +