Deputat 7 il azadlıqdan məhrum edildi
Papanı ölümə buraxmaq istəyiblər, amma...
Ölüm, sənin əlindədir?!
Liftdə qaldı, FHN xilas etdi
Bu görüntülər Ermənistanı pis vəziyyətə qoydu
“Hər şey gözəl olacaq“ dedi, həbs olundu
Evi qızıl və pula görə yandırıbkar - VİDEO
Londonda Novruz bayramı qeyd edildi - Fotolar
Məşhur narkokuryer 13 kq narkotiklə ələ keçdi
“O təhqirləri öz anama edilmiş kimi qəbul edirəm” - Özgür Özel


26.08.2019  09:16 

Zavod әrazisindә bomba tapıldı





A+  A-

Avqustun 24-də saat 19:33-də Daxili İşlər Nazirliyinin ″102″ Xidməti-Zəng mərkəzi sistemindən Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyə (ANAMA) Qazax rayonu, "Asfalt zavod” adlanan ərazidə çoxlu sayda qumbaraatanın, patron və qumbaraların tapılması barədə məlumat daxil olub.
ANAMA-dan XəzərNews.az-a bildirilib ki, məlumata əsasən, agentliyin xüsusi mobil çevik əməliyyat qrupu və Daxili İşlər Nazirliyinin Qazax rayon Polis şöbəsinin əməkdaşları dərhal "Asfalt zavod” adlanan ərazinin yerləşdiyi Qazax rayonun Xanlıqlar kəndinə göndərilib.

Agentliyin mütəxəssisləri və Qazax rayon Polis şöbəsinin əməkdaşları tərəfindən yuxarıda adı qeyd olunmuş ərazidə məişət tullantıları sahəsinə baxış keçirilib. Təhlükəsizliyi təmin etmək məqsədilə ərazi polis tərəfindən mühasirəyə alınıb. Agentliyin mütəxəssisləri tərəfindən aparılan təcili təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində 116 ədəd müxtəlif növ partlamamış hərbi sursat (PHS), 1 ədəd tank əleyhinə mina (TM-57), 7 505 ədəd müxtəlif çaplı patron, 7 ədəd boş və təlim məqsədli mərmi və qumbaralar, 506 qram partladıcı, 15 adda müxtəlif təyinatlı hərbi ləvazimatlar aşkar olunub, havanın qaranlıq olması səbəbi ilə əməliyyat-axtarış tədbirləri avqustun 25-də də davam etdirilib. Nəticədə əlavə olaraq 20 ədəd müxtəlif çaplı patron aşkar olunaraq, zərərsizləşdirilməsi üçün agentliyin mərkəzi məhvetmə ərazisinə daşınıb.

Aşkar olunmuş hərbi əşyaların ətrafında 20 kvadratmetr əraziyə yerüstü baxış keçirilib, əlavə təhlükəli əşya və qurğu aşkarlanmayıb.

Xəbər 1353 dəfə oxunub.



26.03.2025  11:34 

Azərbaycan nefti ucuzlaşıb

26.03.2025  10:45 

Ölüm, sənin əlindədir?!

26.03.2025  10:36 

Liftdə qaldı, FHN xilas etdi

25.03.2025  11:56 

Mən müəlliməm…

25.03.2025  11:34 

Neftin qiyməti bəlli oldu

24.03.2025  20:41 

Ramazan ayının 25-ci günü

24.03.2025  18:57 

Parisdə Novruz qeyd olundu - Foto


BÜTÜN XƏBƏRLƏR +