Türkiyədə 4.9 bal gücündə zəlzələ olub
Deputatın “besedka“ açılışı tənqid olundu - Foto
Pezeşkian: "Qarşılıqlı səfərləri asanlaşdırmaq üçün yollar açmalıyıq"
Vatikan Zelenskiyə görə protokolu pozdu
Bu ölkələr arasında döyüşlər başladı? -VİDEO
İranda təkrar partlayış olub -VİDEO
Prezident Çinlə viza rejiminin ləğvinə münasibət bildirib
BakuBus sürücüsü piyadanı döyüb -VİDEO
Şavkat Mirziyoyev İlham Əliyevə zəng edib
“Dünəndən ev, ailə, uşaqlarla maraqlanıram“


09.12.2022  09:19 

Ezgi Mola illərdir təqib edilib





A+  A-

Məşhur aktrisa Ezgi Mola tanımadığı şəxs tərəfindən illərdir təqib edildiyi iddiası ilə məhkəməyə müraciət edib.

XəzərNews.az Türkiyə mediasına istinadən xəbər verir ki, İstanbul 22-ci Ağır Cəza Məhkəməsində keçirilən prosesdə şikayətçi Ezgi Mola və vəkili Yaman Şenoymak iştirak edib.

İclasda açıqlama verən Ezgi Mola bir teatr səhnəsində qonaqlara açıq olan xüsusi tamaşadan sonra daha əvvəl tanımadığı bir adamın onunla görüşmək istədiyini bildirib.

"Məni tanıdığını təkid etdi. Başqa bir gün eyni teatr tamaşasının nümayişindən sonra dostlarımla əyləşdiyim zaman həmin adam yenə gəldi. Mənə səninlə danışmaq istəyirəm dedi. Mən əsəbiləşdim, dostlarım məni sakitləşdirib maşına mindirdilər, təqsirləndirilən şəxs isə barmağını arxadan qaldıraraq mənə aqressiv davranışlar göstərdi” -deyə E.Mola bildirib.

Lalə
XəzərNews.az



Xəbər 1005 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +