Türkiyədə 4.9 bal gücündə zəlzələ olub
Deputatın “besedka“ açılışı tənqid olundu - Foto
Pezeşkian: "Qarşılıqlı səfərləri asanlaşdırmaq üçün yollar açmalıyıq"
Vatikan Zelenskiyə görə protokolu pozdu
Bu ölkələr arasında döyüşlər başladı? -VİDEO
İranda təkrar partlayış olub -VİDEO
Prezident Çinlə viza rejiminin ləğvinə münasibət bildirib
BakuBus sürücüsü piyadanı döyüb -VİDEO
Şavkat Mirziyoyev İlham Əliyevə zəng edib
“Dünəndən ev, ailə, uşaqlarla maraqlanıram“


19.10.2021  12:42 

Taksi sürücüsü qadın müştəriyə qarşı quldurluq edib - Video





A+  A-

Abşeron rayonunun Xırdalan şəhərində qadına qarşı quldurluq edilib.

XezerNews DİN-in Mətbuat Xidmətinə istinadən xəbər verir ki, polis idarəsinə müraciət edən zərərçəkən bildirib ki, Xırdalan şəhərinə getmək üçün müştəri kimi əyləşdiyi taksidə sürücünün hücumuna məruz qalıb. Sürücü qadının həyat və sağlamlığı üçün təhlükəli zorakılıq tətbiq edib onu bıçaqla vurmaqla hədələyərək üzərində olan 47 manat pulu ələ keçirib.

Hadisə barədə məlumat veriləndən dərhal sonra cinayəti törədən şəxsin axtarışlarına başlanılıb. Həyata keçirilən tədbir nəticəsində qeyd edilən cinayəti törətməkdə şübhəli bilinən Abşeron rayon sakini Seymur Məmmədov tutularaq istintaqa təqdim olunub və o, ifadəsində etdiyi hadisəni etiraf edib.

Faktla bağlı Cinayət Məcəlləsinin 181.2.5. (Quldurluq, silah və ya silah qismində istifadə edilən əşyalar tətbiq edilməklə törədildikdə) maddəsi ilə cinayət işi başlanılıb.

Bu şəxsin Abşeron rayonu, eləcə də paytaxt ərazisində digər cinayətlər etdiyi istisna olunmur. Onun qanunsuz əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa bu barədə Abşeron Rayon Polis İdarəsinə və ya ərazi üzrə polis orqanlarına, həmçinin Nazirliyin "102" Xidməti-Zəng Mərkəzinə məlumat verə bilərlər.



Xəbər 2517 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +