Türkiyədə 4.9 bal gücündə zəlzələ olub
Deputatın “besedka“ açılışı tənqid olundu - Foto
Pezeşkian: "Qarşılıqlı səfərləri asanlaşdırmaq üçün yollar açmalıyıq"
Vatikan Zelenskiyə görə protokolu pozdu
Bu ölkələr arasında döyüşlər başladı? -VİDEO
İranda təkrar partlayış olub -VİDEO
Prezident Çinlə viza rejiminin ləğvinə münasibət bildirib
BakuBus sürücüsü piyadanı döyüb -VİDEO
Şavkat Mirziyoyev İlham Əliyevə zəng edib
“Dünəndən ev, ailə, uşaqlarla maraqlanıram“


11.03.2019  12:28 

Məktəbli oğlan qohumuna 8 bıçaq zərbəsi vurdu





A+  A-

Biləsuvar rayonunda məktəbli oğlan qohumuna səkkiz bıçaq zərbəsi vurub.
XəzərNews.az-ın “Qafqazinfo”ya istinadən verdiyi xəbərə görə, hadisə martın 9-u gecə saatlarında rayonun Nəsimi kəndində baş verib. 2001-ci il təvəllüdlü şagird şəxsi münasibətlər zəminində qohumu, 1982-ci il təvəllüdlü Qarayev Nadir Qəfər oğlunun kürəyindən 8 bıçaq zərbəsi vurub. Yaralı N.Qarayev Biləsuvar Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı Biləsuvar Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə cinayət işi başlanılıb. Hadisəni törətməkdə şübhəli bilinən məktəbli şübhəli şəxs qismində tutulub.

Xəbər 1348 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +