Türkiyədə 4.9 bal gücündə zəlzələ olub
Deputatın “besedka“ açılışı tənqid olundu - Foto
Pezeşkian: "Qarşılıqlı səfərləri asanlaşdırmaq üçün yollar açmalıyıq"
Vatikan Zelenskiyə görə protokolu pozdu
Bu ölkələr arasında döyüşlər başladı? -VİDEO
İranda təkrar partlayış olub -VİDEO
Prezident Çinlə viza rejiminin ləğvinə münasibət bildirib
BakuBus sürücüsü piyadanı döyüb -VİDEO
Şavkat Mirziyoyev İlham Əliyevə zəng edib
“Dünəndən ev, ailə, uşaqlarla maraqlanıram“


28.03.2017  09:48 

Magistraturaya sənəd qəbulu bu gün yekunlaşır





A+  A-

2017-2018-ci tədris ilində Azərbaycanın ali təhsil müəssisələrinin və Azərbaycan Milli Elmlər Akademiyasının magistraturalarına 12 mindən çox bakalavr sənəd verib.
XəzərNews.az xəbər verir ki, bu gün saat 09.23-ə olan statistikaya əsasən magistratura səviyyəsində təhsil almaq üçün qeydiyyatdan keçən 12 654 sənəddən Azərbaycan bölməsi üzrə 11 429-i, rus bölməsi üzrə isə 1 225-ü təsdiq edilib.

Bundan başqa, 2017-2018-ci tədris ilində Azərbaycanda ali tibb təhsili əsasında həkim mütəxəssislərin hazırlanması məqsədi ilə rezidenturaya sənəd verən 1 053 namizədin 908-i Azərbaycan bölməsinə, 145-i isə rus bölməsinə aiddir.

Xatırladaq ki, elektron ərizələrin təsdiqi prosesi bu gün axşam saat 23.59-da yekunlaşacaq.

Adları və ya soyadları ilə bağlı müəyyən problemləri olan vətəndaşlar Sənəd Qəbulu Komissiyalarına (SQK) bu gün saat 17.00-dək müraciət edə bilərlər. Martın 29-dan artıq magistratura və ya rezidenturaya sənəd vermək mümkün olmayacaq.

Xəbər 1608 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +