Türkiyədə 4.9 bal gücündə zəlzələ olub
Deputatın “besedka“ açılışı tənqid olundu - Foto
Pezeşkian: "Qarşılıqlı səfərləri asanlaşdırmaq üçün yollar açmalıyıq"
Vatikan Zelenskiyə görə protokolu pozdu
Bu ölkələr arasında döyüşlər başladı? -VİDEO
İranda təkrar partlayış olub -VİDEO
Prezident Çinlə viza rejiminin ləğvinə münasibət bildirib
BakuBus sürücüsü piyadanı döyüb -VİDEO
Şavkat Mirziyoyev İlham Əliyevə zəng edib
“Dünəndən ev, ailə, uşaqlarla maraqlanıram“


14.09.2024  14:27 

Fatma Səttarova dəfn olunub -YENİLƏNİB





A+  A-

Azərbaycanın görkəmli ictimai xadimi, Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri, İkinci Dünya Müharibəsi veteranı Fatma Səttarova dəfn olunub.

Xəzərnews.az xəbər verir ki, mərhumə II Fəxri xiyabanda torpağa tapşırılıb.

Dəfn mərasimdə mərhumənin yaxınları, ailə üzvləri, ictimaiyyət nümayəndələri iştirak ediblər.

***11:56

Bu gün vəfat edən Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri, İkinci Dünya müharibəsinin iştirakçısı Fatma Səttarovanın dəfn yeri açıqlanıb.

Xəzərnews.az-a təşkilatdan bildirilib ki, mərhum II Fəxri xiyabanda dəfn olunacaq.

Qeyd edək ki, “İstiqlal” ordenli F.Səttarova 102 yaşında dünyasını dəyişib.

***10:23

Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri, İkinci Dünya müharibəsinin iştirakçısı Fatma Səttarova vəfat edib.

Xəzərnews.az xəbər verir ki, Fatma Səttarova 102 yaşında dünyasını dəyişib.

Fatma Səttarova "İstiqlal" ordeni ilə təltif olunmuşdu, Prezident təqaüdçüsü idi.

Xəbər 4394 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +