Yemək şirkəti 1,8 milyona təbliğat aparacaq – Müəmma
Orduxan Teymurxan Baş Prokurorluğa çağırılıb
Nikopol atəşə tutuldu: 2 ölü, 5 yaralı var
Mənim uşağımın atası evlidir - Şok etiraf
Alla Puqaçova ad gününü Yunanıstanda qeyd edib
Müharibədən sonra SEÇKİ... - Uzadılmamalıdır...
Şikayətçi Oleq Bakinskidən 50 min manat tələb edir
Rusiyada miqrantlar döyülür, söyülür, soyulur...
Erməniəsilli şəxslərin məhkəməsi davam edir
Azərbaycanlı Ukrayna müharibəsində həlak olub


19.07.2018  22:05 

Hikmət Cavadov: “Milli maraqlar naminə birgə fəaliyyət göstərəcəyik“





A+  A-

“Mənim üçün dövlət mənafeyindən üstün heç nə yoxdur. Dövlətimiz və milli maraqlarımız üçün istinələn addımı atmağa hazırıq”.
XəzərNews.az bildirir ki, bunu Missiya.Az-a açıqlamasında Ukrayna Azərbaycanlıları Birləşmiş Diasporunun sədri Hikmət Cavadov Diasporla İş Üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə bu gün Kiyevdə keçirilmiş toplantıda qəbul olunmuş birləşmə qərarını şərh edərkən deyib.

H.Cavadov qeyd edib ki, bu vaxta qədər Ukraynadakı diasporun birləşməsinin qarşısını alan qüvvələr olub: “Süni maneələr yaradılırdı. Cılız məqsədlərə xidmət edən adamlar intriqalar yaratmağa, narazılıqları dərinləşdirməyə çalışırdılar. Yaxşı ki, bütün bunlar artıq arxada qaldı və həmin qüvvələr istədiklərinə nail ola bilmədilər. Bu gün elə bir şans yarandı ki, biz vətəndaşlıq borcumuzu yerinə yetirməli idik. Dövlətimizin maraqları naminə bundan sonra imkanlarımızı daha da səfərbər edərək bir yerdə bir hədəfə doğru irəliləyəcəyik”.

H.Cavadov birləşmədə əməyi olan hər kəsə təşkkürünü bildirib: “Diasporla İş Üzrə Dövlət Komitəsindən belə bir təşəbbüsün gələcəyini gözləyirdik. Ukraynada yaşayan bütün diaspor fəalları birliyə HƏ dedi. Bu birlikdə əməyi olan bütün insanlara minnətdaram Bundan sonra dövlət və milli maraqlar naminə birgə fəaliyyət göstərəcək və daha güclü olacağıq”.

Xəbər 1711 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər


BÜTÜN XƏBƏRLƏR +