Sabiq məmurun oğlu məhkəmə qərarından narazıdır
Cərimələrdən toplanan vəsaitin 50 faizi hərbçilərə veriləcək
“Kliniki Tibbi Mərkəz”də nöqsanlar aşkarlandı
Rusiya Hacı Zülfüqarı Azərbaycana vermədi
19 ildən sonra ilk dəfə cinsi əlaqədə oldu
Selin aldığı can: Şirkət rəhbərinin həbsi tələb edilir
Yemək şirkəti 1,8 milyona təbliğat aparacaq – Müəmma
Orduxan Teymurxan Baş Prokurorluğa çağırılıb
Nikopol atəşə tutuldu: 2 ölü, 5 yaralı var
Mənim uşağımın atası evlidir - Şok etiraf


14.03.2017  12:51 

Daha iki bank öz filialını bağladı





A+  A-

Maliyyə Bazarlarına Nəzarət Palatasının (Palata) Direktorlar Şurasının 13 mart 2017-ci il tarixli qərarına əsasən “Yapı Kredi Bank Azərbaycan” QSC-nin “İnşaatçılar” filialı və “Muğanbank” ASC-nin “Biləsuvar” filialına verilmiş icazələr ləğv edilib.
XəzərNews.az xəbər verir ki, palatanın Direktorlar Şurasının iclasında “Yapı Kredi Bank Azərbaycan” QSC-nin Bakı şəhəri, Yasamal rayonu, B.Bağırova küçəsi, 2a ünvanında yerləşən “İnşaatçılar” filialının bağlanması üçün müraciətinə baxılıb və müsbət qərar qəbul edilib. Belə ki, sözügedən filialın bağlanmasına əsas səbəb “Yapı Kredi Bank Azərbaycan” tərəfindən xərclərin optimallaşdırılması göstərilib.
İclasda, həmçinin, “Muğanbank” ASC-nin “Biləsuvar” filialının icazəsinin ləğv edilməsinə dair müraciətinə baxılıb. Sözügedən filialın bağlanmasına səbəb olaraq filialın fəaliyyətinin rentabelli olmaması, pərakəndə biznes məhsullarının satışına yönəlmiş müştəri axınının azalması və həmin ərazilərdə cəlb ediləcək korporativ müştərilərin fəaliyyətinin azlıq təşkil etməsi olub.
Direktorlar Şurası “Banklar haqqında” Azərbaycan Respublikasının Qanunun 16.2.9-cu və 17.3-cü maddələrini və Palatanın Nizamnaməsinin 5.3.20-ci bəndini rəhbər tutaraq “Yapı Kredi Bank Azərbaycan” QSC-nin “İnşaatçılar” filialına Mərkəzi Bank tərəfindən verilmiş 19.02.2015-ci il tarixli №243/17 saylı icazəni və “Muğanbank” ASC-nin “Biləsuvar” filialına 30.05.2012-ci il tarixli №29/28 icazəni ləğv edib.

Xəbər 2647 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +