“RR Construction” vətəndaşın evini söküb - Video
“VMR Estetik“in qurbanı: Ayağımdakı deşikdən 10 aydır irin axır
Səfərbərlik Xidmətinin idarə rəisi həbs edilib
Prezident İlham Əliyev və xanımı Çində
Ermənistan müxalifəti Azərbaycanla sülhə qarşı çıxır?
Peskov: “Rusiya ABŞ ilə əlaqələri davam etdirir“
İsveçrə Rusiyanın 8 media orqanına sanksiya tətbiq edib
Yelena Ukraynanın birinci xanımı olmağa hazır deyil
Qaynından əxlaqsız mesajlar aldı, ərinə göstərdi
Ölkənin ən işıqlı gəncini ölümə necə sürüklədilər?


15.03.2018  11:07 

“Space”in canlı efirində dava - “Ona-buna pul atan aparıcı...” + VİDEO





A+  A-

Tanınmış aparıcı Kamran Həsənli bir neçə illik fasilədən sonra yenidən efirə qayıdıb.
XəzərNews.az xəbər verir ki, Space TV-də yayımlanan “Onda başladıq” adlı verilişdə qalmaqal meydana gəlib.

Belə ki, Kamran Həsənli ilə qonağı Afaq Aslan arasında gərgin anlar yaşanıb. Kamranın “Afaq xanım da müğənni olmaq istəyir” sözü qarşı tərəfi özündən çıxarıb.

Cavab vermək istəyən Afaqa aparıcı mane olub. O, “Mən sizə söz verməmişəm, hələ özüm danışıram. Ancaq sizə söz verəndən sonra danışa bilərsiz. Tələsməyin”- deyib.

Daha sonra Afaq bu günə kimi Kamran Həsənlini tanımadığını bildirib və ona Samir Piriyevlə yaşadığı qalmaqalı xatırladıb:

“Kamran Həsənlini ilk dəfədir ki, görürəm, tanımırdım. Verilişin mövzusu mən deyiləm. Sizi Samir Piriyevlə davanızdan sonra tanımışam. Mən özümə hörmət qoyan aparıcı olsaydım, o söhbətlərdən sonra efirə çıxmazdım. Niyə məni müzakirə edirsiz? Sənə reytinq lazımdır”.

Aparıcı ifaçının sözlərinə reaksiya verməyə çalışıb: “Afaq xanım sizə hələ sual verməmişəm. Soğan yeməmisizsə, içiniz niyə yanır? Sizin kimi insanlar televiziyanın qaydalarını pozurlar. Siz heç bir qaydanı tanımaq istəmirsiz. Çox ədəbsizlik edirsiz? Bu ədəbsizliyə son qoymaq üçün istəyirik efirdə bu məsələni müzakirə edək”

A.Aslan “Ona-buna pul atan hansısa bir aparıcı mənim adımı necə çəkə bilər?” – deyib. Kamran Həsənli isə ondan canlı efiri tərk etməsini istəyib. Daha sonra Afaq proqramdan gedib.

VİDEO

Xəbər 2808 dəfə oxunub.




22.04.2025  13:58 

Nazir səfirlə görüşdü

22.04.2025  12:29 

Sabah 29° isti olacaq

22.04.2025  11:14 

Naziri restoranda qarət etdilər

22.04.2025  10:43 

Kolleclərə yeni təyinatlar olub


BÜTÜN XƏBƏRLƏR +