Zabrat qəsəbəsində obyekt yanır - VİDEO
Bu səfirlikdə müşavir vəzifəsi təsis edildi - Sərəncam
Milyonlarla borcu olan şirkətlər bağlandı
“Ailə Park“ MTK gecələr söküntü aparır
Kommunal xidmətlər üzrə vahid abunəçi kodu yaradılır
Su altında qalan “Bağırov” körpüsü və “Kolin” şirkəti...
Lukaşenko Putinlə görüşmək üçün Volqoqrada gedib
Sorğuları “Fake News”un özü kimi, saxtadır! - Tramp
Kirill Dmitriyevin bacısı Ukraynaya necə səfər edib?
Evi yanan qazi çarəsiz durumda... - Kömək yoxdur


20.06.2022  17:40 

Nərimanovda uzunluğu 470 metrdən çox olan yolun təmiri başa çatıb





A+  A-

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi Bakının Nərimanov rayonu Ülvi Bünyadzadə küçəsində aparılan təmir işlərini yekunlaşdırıb.
XəzərNews.az xəbər verir ki, bu barədə Agentlik məlumat yayıb.

Məlumata görə, küçənin uzunluğu 476 metr, eni ortalama 8,4 metr təşkil edir. Aparılan təmir işləri çərçivəsində küçə boyu köhnə asfalt-beton örtüyünün üst qatı frezlənərək kənara daşınıb, mövcud piyada səkiləri bərpa olunub, kənarlarına zəruri yerlərdə yeni səki daşları düzülüb.

Küçə boyu 4 min kvadratmetrə yaxın əraziyə 2 laydan ibarət yeni asfalt-beton örtüyü döşənib. Daha sonra küçəyə üfüqi nişanlanma xətləri çəkilib.

Nərimanov rayonu üzrə təmir işləri hazırda 640 metr uzunluğa malik Əbdüləzəl Dəmirçizadə küçəsində də aparılır. Belə ki, küçədə frezlənmə və səki daşlarının düzülməsi işləri görülür.

Cari ildə Nərimanov rayonu üzrə təmir olunan küçələrin ümumi uzunluğu 7,6 kilometr təşkil edir. Agentlik tərəfindən ötən il Nərimanov rayonu ərazisində ümumi uzunluğu 10,4 kilometr olan küçələr təmir edilib.

Xəbər 1392 dəfə oxunub.




29.04.2025  13:33 

Sabah 21° isti olacaq


BÜTÜN XƏBƏRLƏR +